Tarixin qadın ixtiraçıları - FOTOLAR
Bizi izləyin

Qadın

Tarixin qadın ixtiraçıları - FOTOLAR

Qadınlar çox şeyə qadirdi. Yaratdıqları ilə dünyanı dəyişən qadınları tanıyaq.
Publika.az ixtiraları ilə tarixə adlarını yazmış qadınları təqdim edir


1. Hollivudun ən gözəl aktrisalarında sayılan Hadi Lamar, ikinci dünya müharibəsi zamanı “Gizli ünsiyyət sistemi” icad edib. Gözəl akrtrisanın GSM ,GPS ,W İ-Fİ kimi texnologiyaların icadında imzası olduğu deyilir.

2. Kanadalı ixtiraçı Rachel Zimmerman 1980-ci ildə 12 yaşında olarkən “Blissymbol Printer” adlı yazı proqramını ixtira edib. Zimmermanın bir elm sərgisi üçün məktəb layihəsi olaraq başladığı bu proqram beyin iflici kimi narahatlığı olan kəslərin ətrafilə ünsiyyət qurmasını təmin edir.

3. Biofizik mütəxəssisi sayılan Maria Telkes günəş enerjisi ilə isitmə sistemini ixtira edib.

4. Kişiləri ağır işdən qurtarmağı bacaran Tabitha Babbit yumru mişar icad edib. 1800-cü ildə ağac kəsmək üçün mişarın iki tərəfindən tutmaq üçün iki kişiyə ehtiyyac duyulurdu. 1813-cü ildən etibarən isə ağaclar bu mişarla kəsilməyə başlayır.

5. Anaların işlərini asanlaşdıran qadın ixtiraçı –Marion Donovan. O,1951-ci ildə uşaq bezini icad edib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm