Qadının sağlam olduğunu görünüşündən anlayın - FOTOLAR
Bizi izləyin

Qadın

Qadının sağlam olduğunu görünüşündən anlayın - FOTOLAR

Kişilər niyə yumru ombalı qadınları bəyənirlər? - FOTOLAR

Üz quruluşu, göz rəngi, yaxud da dodaq quruluşuna görə insanın xasiyyəti haqqında müəyyən məlumatlar əldə etmək olar. İnsanı üz cizgilərinə görə öyrənmə elmi fizioqnomika (xarici görünüşə görə şərhetmə sənəti) adlanır. Bəs heç nə vaxtsa fikirləşmisiniz ki, ombanızın forması da sizin xasiyyətinizdən xəbər verə bilər?

Yanların forması hormonlar və sağlamlığınız ilə birbaşa bağlıdır. Ona görə də kvadrat, girdə, üçkünc və ya ürəkşəkilli ombanın sahibi haqqında çox danışmaq olar.

Publika.az Rusiya mətbuatından omba quruluşuna görə xasiyyətiniz haqqında maraqlı məlumatlar əldə edib:

Kvadrat forma

Yanların bu forması onun sahibinin sağlam və dözümlü olmasından xəbər verir. Əgər ombanızın forması xoşunuza gəlmir və onun yumru görünməsini istəyirsinizsə, o halda idmanla onu arzuladığınız formaya sala bilərsiniz. Çömbəlmə hərəkəti bu mənada çox effektlidir. Bu hərəkət hətta ayaq əzələlərini də möhkəmləndirir.

Yumru

Bu forma hormonal fonun ideal tarazlığı barədə məlumat verir. Bundan başqa, kişilərin 95 faizi məhz bu cür ombalara sahib olan qadınlara üstünlük verirlər. Bu, onunla bağlıdır ki, ombası yumru olan xanımların uşaqları, adətən, ağıllı və sağlam doğulur. Ona görə də kişilərin qadınlara heyran olması heç də təəccüblü deyil. Yumru ombalıların doğuşu da digərlərinə nisbətən rahat olur.

Odur ki, mütəmadi olaraq yan əzələlərini möhkəmləndirən məşqlər edin ki, formanız ideal vəziyyətdə qalsın.

Ürəkvari forma

Qadında estrogen hormonunun çatışmazlığını göstərir. Ya bu problem artıq var, ya da sonradan yaranacaq. Vəziyyəti düzəltmək üçün düzgün qidalanma rejiminə keçməli, həmçinin yan əzələlərini işlədən məşqlər etmək lazımdır.

Üçbucaq forma

Bu forma da estrogen hormonlarının azlığından xəbər verir. Estrogen hormonların çatışmazlığı zamanı əhval-ruhiyyə aşağı olur, yuxusuzluq, enerji azlığı və libidonun aşağı düşməsi kimi hallar müşahidə edilir, həmçinin aybaşı tsiklı pozulur. Vəziyyəti düzəltmək üçün çoxlu meyvə-tərəvəz yemək və hormonal preparatlardan imtina etmək lazımdır. Əks halda hormonal preparatların qəbulu sonsuzluq riski yarada bilər.

Yanların yumru forma alması üçün mütləq yan əzələ kütləsini hərəkət etdirən məşqlər etmək lazımdır. Məsələn, əldə qantellə oturub-qalxmaq üçbucaq yan formasını dəyişə bilir.

Bu linklərdən ombaları ideal formaya salan məşqləri öyrənə bilərsiniz:

http://publika.az/p/101558

http://publika.az/p/90596

http://publika.az/p/99685

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm