• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Yanında Dostoyevskinin kitablarını daşıyan qızlardan olmamışam” - FOTOLAR

  • Qadın
  • 8 Oktyabr 2015 15:45
  • 587 Baxış
“Yanında Dostoyevskinin kitablarını daşıyan qızlardan olmamışam” - FOTOLAR

Top model Sindi Krouford xatirələrini yazıb. Gələn ilin fevral ayında 50 yaşını qeyd edəcək modelin xatirələrindən ibarət "Becoming” kitabı hazırdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model bu kitabda həm karyerası, həm də şəxsi həyatı haqqında heç yerdə danışmadığı məqamları qələmə alıb. Həmin kitabdan bəzi etiraflarını təqdim edirik:

Özünüzə güvənin!

Modelliyə başlayanda bu peşə nüfuzlu deyildi. Özgüvənim sayəsində işimin öhdəsindən gəlməyə çalışdım. Ağıllı olduğunu göstərmək üçün yanında Dostoyevskinin kitablarını gəzdirən qızlardan olmamışam. Onların özlərini aldatdıqlarını bilirdim. Siz də hisslərinizə və özünüzə güvənin. Seçdiyiniz peşəni cəmiyyət qəbul etməyə bilər. Ancaq özünüz işinizə bacardığınız qədər yüksək münasibət bəsləyin. Modelliklə məşğul olursansa, çılpaq çəkilməkdən intima etməməlisən. Təəssüf ki bu barədə ailəmdə bəzən mübahisələr düşür. Məsələn, qızım "Instagram"a bir az açıq bir fotoşəkil qoyan kimi qardaşı hiddətlənir və "Bax, necə şəkil paylaşıb" deyə mənə göstərir. Mən "Problem deyil" dedikdə də "Elə sən də “playboy”a poz verdin" deyə cavab verir. Bütün yeniyetmələr kimi mən də 13 yaşımda özümə nifrət edirdim: saçım, qaşım və dodağımın üzərindəki xal məni əsəbiləşdirir, çirkin olduğumu düşünürdüm. Çünki xalıma görə mənə həmişə lağ edirdilər. Böyüdükcə xarici görünüşümdə olan fərqlilikləri sevməyə başladım. Mənim məşhur olduğum dövrdə modelliklə bağlı tabular getdikcə dağılmağa başladı. Mən, Linda Evangelista, Naomi və başqaları ilə birlikdə "Sısqa, sarışın və mavi gözlü gözəl qadın" tabusunu dağıtdıq.

Bu gün 20 yaşında olsaydım, müasir modellərlə rəqabət edə bilməzdim. Hamısı məndən daha incə və daha uzundur. Bizim vaxtımızda isə qadınlığı bildirən cizgilərin olması vacib idi. Bundan başqa, şirkətlər yalnız modellərlə işləmirlər. Bu mənada aktrisa və müğənnilər modellərlə rəqabətə girib. Ona görə də modellərin işi çətinləşib.

Heç bir sirrim yoxdur!

Fevralda 50 yaşım olacaq. Hər kəs gənc, seksual və gözəl görünməyin sirrini öyrənmək istəyir. Əslində belə görünməyin hər hansı sirri olduğunu düşünmürəm. Hamının bildiyi şeyləri edirəm: mütəmadi olaraq idmanla məşğul olur, düzgün qidalanır, günəşdən qoruyucu kremlər çəkirəm, ən əsası isə siqaret və içki kimi pis vərdişlərim yoxdur. Həyatımı sevirəm və xoşbəxtəm. Bəlkə də buna görə qocalmıram.

Gündəlik geyimlərimin bir az seksual olmasını sevirəm. Seksuallıq, əslində, daxildən gəlməlidir. Özünü seksual göstərməyə çalışanda, bu adətən, süni görünür. Amma geyimlərin vasitəsi ilə seksuallığını vurğulamaq öz əlindədir.

Ailəm ön planda gəlir!

Hər şeydən əvvəl bir anayam və bu, mənim əsas vəzifəmdir. Amma həm işimi, həm də analıq vəzifəmi yerinə yetirməyə çalışıram. İşimi də sevirəm və özümü yaxşı hiss etməyə çalışıram. Kiminsə gəlib mənə "Əhsən, işiniz çox uğurlu alınıb" – deməsi də özümü yaxşı hiss etdirir. Əlbəttə ki ərimə də vaxt ayırıram və onunla təkbətək vaxt keçirməkdən böyük zövq alıram.

Ərim hər doğum günümdə xüsusi bir şey planlaşdırır, mən isə hər dəfə ləğv edirəm. Həyat yoldaşım və uşaqlarımla evdə qarnımız partlayana qədər kartof qızartması və kürü yemək mənim üçün ən gözəl təbrikdir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR