Hansı bürc yalan danışmaqda ustadır?
Bizi izləyin

Qadın

Hansı bürc yalan danışmaqda ustadır?

Hansı bürcün yalan danışmaqdan zəhləsi gedir, hansı yalan danışmaqda ustadır və yaxud da ən çox hansı yalanları danışırlar?

Qoç bürcü - yalan danışmağı sevməyən və bacarmayan qoçların yalan söylədiyindən şübhələnirsinizsə, üstünə gedin. Bir az əlləşsəniz, həqiqəti öyrənə bilərsiniz. Çünki onların nə özünü müdafiə, nə də uydurmaq qabiliyyəti var.

Buğa bürcü - Hər zaman lüks həyat və pul hərisi olan buğaların ən zəif damarı budur. Əgər onlara pulun varmı deyə soruşsanız, yox cavabını verəcək. Amma ehtiyatda mütləq pulları var. Onlar gözə gəlməkdən qorxduqları üçün pullarının sayını-hesabını gizlədirlər.

Əkizlər bürcü - Onların yalanını tutmaq çox çətindir. Çünki əkizlərin inandırmaq qabiliyyətləri olduqca yüksəkdir. Elə hekayələr qurub danışacaqlar ki, sizi təəccübləndirəcəklər. Hətta ağzınızı açıb bir söz deməyə çəkinəcəksiniz.

Xərçəng bürcü - Adətən çıxılmaz vəziyyətdən çıxmaq üçün yalan danışmalı olurlar. Yalanları vəziyyəti düzəltmədiyi halda özlərini pis hiss edərlər. Nəticə etibarı ilə həqiqətlər ortaya çıxır.

Şir bürcü - Yalanı əyləncə kimi görən şirlər hekayə qurmaq və oynamağı xoşlayırlar. Siz dinlədikcə o sizi hipnoz edərək inandıracaq. Sizə sadəcə alqışlamaq və kənardan baxmaq qalacaq.

Qız bürcü - Yalanı ən az sevən bürclərdən biridir. Buna görə də danışdığı yalanlar nəticə etibarı ilə həqiqətə yaxın olur. Ya həqiqəti yumşaldıb yalan danışarlar, ya da çox əhəmiyyətsiz məsələlər haqqında yalan uydurarlar.

Tərəzi bürcü - Tərəzilər yalan danışmaqda ustadırlar. Yalanları elə məsum söyləyirlər ki, inanmamaqda çətinlik çəkəcəksiniz. Gülən gözlərin arxasında sizi yalan danışan hiyləgər adamın olduğuna şübhə etməyəcəksiniz.

Əqrəb bürcü - Nə yalan danışmağı, nə də yalan eşitməyi xoşlamırlar. Yalanın nazı ilə oynamaqdansa, sərt həqiqətə üstünlük verirlər. Əsasən cinsəl mövzularda yalan danışırlar.

Oxatan bürcü - Yalan danışmağı xoşlamırlar, hətta dürüstlükləri ilə qarşındakını sancırlar. Yalan danışdıqları zaman isə yox olmaq üçün yer axtarırlar. Əslində, söylədikləri yalanların əksəriyyəti də həqiqətə yaxındır.

Oğlaq bürcü - Oğlaqlar sizə yalan danışırsa, özünü narahat hiss etməyə başlayır. Nə isə demək istəyirmiş kimi ətrafda gəzib dolaşır. Yəni, özü öz yalanını açıb ağardır.

Dolçalar - Dolçalar adətən gələcəyə dair yalan danışırlar. Planlarından danışarkən söylədiyi yalanların demək olar ki, hər biri düşünülmüş və qüsursuz olur. Çünki yaradıcılıq qabiliyyətlərinə söz ola bilməz.

Balıq bürcü - Ancaq başqalarına zərər gəlməsin deyə, onların yaxşılığını düşündükləri üçün yalana əl atmalı olarlar. Sizin yaxşılığınızı düşünən fədakar balıqlar dediyi yalana o qədər inanar ki, ona qəzəblənməyə ürəyiniz gəlməz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm