38 santimetrlik belə malik 78 yaşlı qadın - dünyanın ən incəbelli xanımı - FOTOLAR
Bizi izləyin

Qadın

38 santimetrlik belə malik 78 yaşlı qadın - dünyanın ən incəbelli xanımı - FOTOLAR

Baxdığınız fotolar sizə ilk baxışdan fotoşop kimi görünə bilər. 78 yaşlı amerikalı qadın Keti Yunqu görənlərin əksəriyyəti onun belinin qeyri-adi incəliyinə təəccüblərini gizlədə bilmirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bədəni düz saxlamaq üçün enli kəmərdən - korsetdən istifadə edən bu qadın belinin incəliyinə görə Ginnesin “Rekordlar” kitabına düşüb. Onun beli vur-tut 38 santimetrdir.

Dünyanın ən incə belinə sahib olan qadın bu rekord nəticəyə illər boyu çəkdiyi əziyyətdən sonra nail olub. 30 ildir korsetlə gəzən Keti Yunq sonda istəyinə çatıb.

Dünyaya üç övlad bəxş etmiş qadının beli əvvəllər 71 santimetr olub. O, bədəni düz saxlamaq üçün enli kəmərdən - korsetdən istifadə etdikdən sonra beli tədricən incəlib.

30 ilə yaxındır korseti bədənindən çıxarmadığını deyən Keti Yunq bədəninin ondan ancaq hamamda xilas olduğunu bildirir. Əks təqdirdə beli əvvəlki formaya qayıda bilər.

Ketinin əri cərrahdır. Məhz əri onun sağlamlığının qayğısına qalır. Cərrah ailə başçısı bildirir ki, həyat yoldaşı tamamilə sağlamdır.

Qeyri-adi bel ölçüsünə malik qadın paltarlarını xüsusi sifarişlə alır. Özünün dediyinə görə, korsetdə özünü çox yaxşı hiss edir. Bel kəmərlərinin qiyməti 100-500 funtdur. Keti artıq 100-dən çox korset toplayıb.

Keti Yunq əri ilə ABŞ-ın müxtəlif teleşoularında iştirak edir. O hətta Qərbi Avropa və Yaponiyanın da telekanallarının qonağı olub. Qadını bununla yanaşı, köhnə paltarların nümayişi sərgisinə də dəvət edirlər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm