İnanılmaz və möcüzəli gözəllik iksirləri
Bizi izləyin

Qadın

İnanılmaz və möcüzəli gözəllik iksirləri

Müxtəlif ölkələrdə qadınlar gözəlləşmək üçün yerli məhsullardan və ərzaqlardan istifadə edirlər. Siyahıda ən maraqlı və inana bilməyəcəyiniz gözəllik ikrisləri verilib.

Avstraliya: Dəvəquşu yağı yaşlılıq əleyhinə istifadə edilir.

İrlandiya: Dəniz yosunu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Atlas dağları: Hassoul kosmetik gil kimi istifadə edilir.

Bali: Boreh gəncləşdirici müalicədə effektlidir.

Çexiya: Nettles saçı dolğunlaşdırmaq və qalınlaşdırmaq üçün istifadə edilir.

Cənubi Afrika: Rooibos çayı dəriyə qulluq üçün istifadə edilir.

Polinezya: Tamanu yağı şəfaverici bitki kimi istifadə edilir.

Qərbi Afrika: Shea yağı əl yumşaldıcı krem və günəşdən qoruyucu kimi işlədilir.

İndoneziya: Dəmirhindidən təbii dəri maskaları hazırlayırlar. O, dərini gözəlləşdirir və gəncləşdirir.

Taiti: Monoi yağı masaj yağı kimi istifadə edilir.

Yaponiya: Düyü tozu üz ağardıcı olaraq işlədilir.

Morokko: Arqan yağı yumşaldıcı kimi istifadə edilir və cavanlıq mənbəyi kimi tanınır.

Hindistan: Sarıkök qara nöqtələrdən xilasedici və nəmləndirici kimi tanınır.

Meksika: Şokolad yumşaldıcı kimi işlədilir.

Misir: Südün təmizləyici, nəmləndirici və ağardıcı özəllikləri var.

İndoneziya: Yasəmən çiçəyi sakitləşdirici kimi işlədilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm