Cazibədar model ərinə öz evində xəyanət edir - FOTOLAR
Bizi izləyin

Qadın

Cazibədar model ərinə öz evində xəyanət edir - FOTOLAR

Keçən il 40 yaşı tamam olan Heidi Klum dəb aləmində belə gözəl və cavan qalan nə ilk, nə də ki, son top modeldir. 1973-cü ildə anadan olan alman modeli Heidi Klum əsrarəngiz gözəlliyi ilə hələ də gündəmdədir. İllər, modelin gözəlliyindən heç nəyi almır, əksinə, onu daha da gözəlləşdirir. Bu gün “9 don” layihəsi çərçivəsində 4 uşaq dünyaya gətirən Heidi Klumun gözəllik rituallarından və şəxsi həyatı haqqında məlumatlar verəcəyik.

Seksual model uzun illər sübut edir ki, podiumu və ailəni birlikdə davam etdirə bilər. Heidi və Seal hər zaman nümunəvi cütlük hesab olunurdu. Onların adları Hollivudun ən yaxşı cütlükləri siyahısından düşmürdü. Musiqi kralı sayılan Seal ilə birlikdə 2012-ci ilin dekabrına qədər 4 uşaq tərbiyə edirlər. Lakin Klum onu dünyalar qədər sevən ərinə öz evində işləyən mühafizəçi ilə xəyanət edir. Əri bu hadisəni öyrənən kimi məhkəməyə boşanma üçün müraciət edir.

Həyat isə cazibədar modelin bu səhvini cəzasız qoymur…

“Mən, daxilimdə gündən-günə qasırğanın yaxınlaşdığını hiss edirəm. Dünya öz oxu ətrafında fırlanır, qasırğa bütün ətrafını əhatə edir, sən isə az qala dəli olursan. Bu çox ağırdır. Mənə elə gəlir ki, bəla həmişə gözləmədiyin anda və gözləmədiyin insandan gəlir. Bütün dünya elə hesab edir ki, aləmizdə hər şey qaydasında gedirdi. Biz bütün problemlərimizi hamının qarşısında müzakirəyə çıxarmayacaqdıq ki... Elə şeylər var ki, onlar haqqında danışmağa sənin ixtiyarın yoxdur. Bu barədə bir də heç vaxt şərh verməyəcəm... O, ağıllı insandır. Mənə elə gəlir, bizim əsas işimiz indi 4 övladımızı bütün neqativlərdən qorumaqdır”.


20 il əvvələ səyahət edək... Onun karyerası Tomas Qottşalkın “Late-Night-Show”-da qalib olduqdan sonra 1992-ci illərin sonunda başalayır. Gənc qız 25 qız arasından keçirilən gözəllik müsabiqəsinin qalibi olur. Mükafat olaraq model agentliyi ilə 300 000 dollarlıq müqavilə imzalayır. Bu qalibiyyətdən sonra Düselldorfda dizaynerlik təhsilindən imtina edir və modellik karyerasına start verir. 1993-cü ildə ABŞ-a köçür və həmişəlik orada yaşayır.

Dünya şöhrəti isə modelə 1998-ci ildə “Sports İlllustrated” jurnalının üz qabığında bikinili fotosu çıxdıqdan sonra gəlir. Bundan əlavə, model “Victoria Secret”in mələklərindən birinə çevrilir. Şöhrət əldə etdikdən sonra model 200-dən çox jurnalın üz qabığında çəkilir və 33 şirkətin reklamına dəvət alır. Həmçinin “ELLE” və “Vogue” kimi nüfuzlu jurnallarda da çəkilməyə başlayır. Lakin Klum heç vaxt Parisdə, Milanda və Nyu-Yorkda keçirilən moda həftələrinin model qrupuna aid olmayıb. Daha çox jurnallara poza verən model soyunub şəkil çəkdirməkdən və ekstravaqant fotosessiyalardan zövq alır.



Modellik karyerasından qazandığı pullarla özünün şirniyyat mağazısını açır, parfum və aksessuarlarını buraxır. 2008-ci ildə model “Forbes” jurnalına dünyanın ən varlı modellərdən biri kimi düşür. 2012-ci ildə bu siyahıda model kimi adı çəkilmir. Çünki artıq model kimi deyil, mediamaqnatı kimi fəaliyyət göstərməyə başlamışdı.

Heidi Klum bir neçə filmdə də rol alıb. “Böyük şəhərdə seks”, “Sənin ananla necə tanış oldum”, “Evdar qadının iztirabları” filmlərində çəkilib. 2004-cü ildə Klum “Podium Şousu”nun həm münsiflər heyəti, həm də produsserlərindən biri olur. 2006-cı ildə Almaniyada keçirilən “Germany’s Next Topmodel” şosunun da münsiflər heyəti kimi çıxış edir.

Heidi Klumun həyatında nə az, nə çox düz 5 sevgilisi olub...

Heidi Klum iki dəfə evli olub. Birinci əri amerikalı stilist və saç ustası Pik Pipino olur. Onlar 1997-ci ildən 2002-ci ilə kimi evli olurlar. Bu evlilikləri mətbuatdan gizli saxlanılsa da, hamı onların 2 mərtəbəli evdə birlikdə yaşadığını bilirdi. Daha sonra, model “Red Hot Chili Peppers” qrupunun rəhbəri Entoni Kids ilə görüşür. Onların sevgi münasibətləri cəmi bir il çəkir.

Entonidən milyarder Flavoi Briatore görə ayrılır. Model ondan yaşca çox kiçik olsa da, tez-tez axtardığı kişini tapdığını deyirdi. “Flavio çox xarizmatik kişidir. Xarizma isə hər kişidə olmur, kişini yaraşıqlı, özəl edən məhz onun xarizmasıdır”. Bir il keçdikdən sonra onlar nişanlandığını və toya hazırlaşdığını mətbuata açıqlayırlar. Lakin toy hazırlıqları yarımçıq qalır. Deyilənlərə görə, model milyarder nişanlısına onun varisi ilə xəyanət edir. Klum Flavio Briatoredən hamilə qalır. Xarizmatik milyarder isə uşağı qəbul etmir və ondan olmadığını söyləyir. Bundan sonra, Klum romantik və nəzakətli, musiqi kralı sayılan Seal ilə görüşür. Onlar 2005-ci ildə evlənirlər. Seal modelə o qədər vurulur ki, centlmenlik göstərərək başqa kişidən olan uşağı da övladlığa qəbul edir.

“Sealı ilk dəfə görəndə qəmgin gözləri və kədərli üzü diqqətimi çəkir. Evlilik təklifi etdiyi gün özümü dünyanın ən xoşbəxt qadını hesab edirdim. Məni təyyarə ilə gətirdilər. Otaqda hər yerə qırmızı gül ləçəkləri səpilmişdi. Kənarda isə gitara və şərab var idi. Seal əvvəlcə mahnı oxudu, sonra isə qarşımda diz çökdü və evlilik təklifi etdi. Bu günü heç vaxt unutmayacam...”

Seal ilə uzun müddət və xoşbxt evliliyi olan model Heidi Klum “Glamour” jurnalına bu haqda danışır. Klum həyat yoldaşı ilə aralarındakı ehtirası qoruyub saxlamaq üçün çox güc sərf etdiyini söyləyir. 48 yaşlı həyat yoldaşına hələ də aşiq olan model yatarkən belə onun çox seksual olduğunu deyib. “O çox yaxşı insandır, səhnədə izləyərkən ərimlə qürur duyuram. O, ancaq mənimdir!” Lakin Hollivudun nümunəvi hesab etdiyi cütlük 2012-ci ilin qışında ayrılırlar. Klumun Seala öz mühafizəçi ilə xəyanət etdiyi üzə çıxır. Cütlük bundan sonra, boşanma qərarı verir.


Yaşına baxmayaraq, hələ də gənc bir görünən və möhtəşəm bədən quruluşana sahib olan Heidi Klum haqqında bilmədikləriniz…

Heidinin 40 yaşı olsa da, 4 uşaq anası olduğuna inanmaq olduqca çətindir. Çünki bu gün də 13 il əvvəl “Sports Illustrated” jurnalına poza verən halından heç bir fərqi yoxdur. Cavan qalmağının sirri isə çox bəsitdir. Dayanmadan hərəkət edir, sağlam qidalanmağa çalışır. Həm də o dəb aləmində alkoloq vərdişləri olmayan nadir gözəllərdən biridir. Klumun özünə məxsus qidalanma rejimi var. Uzaq yerlərə gedən zaman yanında mütləq meyvə və tərəvəz, ya evdə sıxılmış təzə meyvə suları aparır.

Əgər özü ilə birlikdə bunları aparmağı unudub və çox acıbsa, pizza restoranına baş çəkir. Klum arada bir qaydaları pozmaqda zərər olmadığı deyir. Klumun stili ilə də bağlı öz qaydaları var. Yeni il ağacı kimi görünməyin təbiətində olduğunu deyən model iri aksessuar taxmağı sevir. Bir-birindən tamamilə fərqlənən paltarlar və aksessuarlar istifadə edən model ancaq bir detalla seçilməyə çalışır. Məsələn, geyimi çox sadədirsə, saçını və makiyajını qabardır.

Feminen və çiyinlik detalları bir arada istifadə etməyi sevən model bu özəlliyini buraxdığı “Shine by Heidi Klum” ətirinə də təsir edib. Parfumun içərisində olan bibər dənələri Heidinin kişi, zambaq çiçəyi isə qadın tərəfini ön plana çıxarır. Yəni, bu qoxu nə çox şirin qadın, nə də ciddilik təəssürutı yaradan kişi qoxusudur…

Hər il mütləq kəkil tərzi ilə qarşımıza çıxan Klum istər çənə də bitsin, istərsə də yana daranmış olsun, kəkil sahəsində mütəxəssis olduğunu deyir.


Klumda eyni ilə bir çox qadınlar kimi kirpiklərini burmağı xoşlayır. “Plastik kirpik buranların kirpiləri tökmə ehtimalı yüksəkdir. Kirpiklərinizə diqqət göstərməli və onlar üçün ən yaxşı məhsulu tapmalısınız. Gözəlliyinə məsuliyyətsiz yanaşan qadınları anlaya bilmirəm...”

Göz kölgəsi - Cəlbedici baxışlara sahib olmaq istəyəndə mavi rəngə, daha təbii və sadə görünmək istəyəndə isə çəhrayı rənglərə üstünlük verir. Gündəlik həyatından makiyajdan uzaq duran alman modeli makiyajda güclü kontrast oyunlarını sevir. Özəl günlərdə qəhvəyi gözlərini qara qələmlə vurğulayır. Makiyajda ən çox sevdiyi detal isə qəhvəyi göz kölgələridir. Çəhrayı ənlik üzünə canlılıq qatır və təravətli göstərir. Dodaqlarını günəş tonları və alqırmızı ilə parlatmağı sevir. Dağınıq saç modelinə üstünlük verən modelin dırnaqlarına metalik tonlar yoldaşlıq edir.

Model diş sağlamlığına xüsusi diqqət edir. Bütün qadınları da ağ dişlərə sahib olmaq üçün onları gündə iki dəfə fırçalamağı tövsiyə edir. “Dişlərimi fırçalamaq üçün vaxtım olmasa belə, onlara təravət bəxş etmək üçün xüsusi diş saqqızları çeynəyirəm”.

Saatlarla çəkən fotosessiyalar, çəkilişlər ağır makiyaj tələb edir. Bu isə modelin dərisinə təsir edir, donuqlaşdırıb cansız göstərir. Dərisinin daha gözəl olması və məsamələri sıxlaşdırmaq üçün dəriyə enerji verən spreylərdən istifadə edir.



3 doğuşdan sonra qısa zaman ərzində əvvəlki formasına qayıdan və 4-cü uşağa hamilə qalan model doğumda sonra necə arıqladığının sirrini açıqlayır. “Victoria Secret"in mələklərindən biri və 2 uşağını dünyaya gətirdikdən 2 ay sonra podiuma çıxan model bunun üçün heç nə etmədiyini, əvəzində isə ev işləri maraqlandığını və uşaqları ilə parkda çox gəzdiyini deyir. “Doğuşdan sonra əvvəlki formama qayıdanda özümü xoşbəxt hiss edirdim. Çünki qarderobumun ən yaxşılarını geyinə bilirdim”. İncə görünmək üçün korset istifadə etməyən, ciddi pəhrizlər saxlamayan model sağlam qidalanır. “Bu vaxta qədər heç vaxt pəhriz saxlamamışam, ancaq divanda uzanıb bütün günü müxtəlif şirniyyatlar və çərəzlər yeməmişəm. Düşünürəm ki, hər şeyin dadına bir az baxmaq lazımdır.

Çərəzlərə və şirniyytalara yox!

4 uşaq anası olan alman modeli şirniyyatlardan və fast -foodlardan uzaq gəzir. Hər naharda yeməyin yanında mütləq yaşıl salat yeyən Klum, donuz basdırmasından vaz keçə bilmir. Bunu da alman olması ilə izah edir. Artıq neçə ildir ki, donuz basdırmasından başqa ət yeməməyə diqqət edir. Müntəzəm olaraq idmanla məşğul olur. Bütün modellərin ortaq gözəllik bir sirri var. O da gün ərzində bol su içməkdir. Klum da bu rituala əməl edir.

Heidi Klumun gözləri xırda olsa da, ecazkar görünməyi bacarır. Sizin də onun kimi xırda gözləriniz varsa, içinə ağ karandaş çəkin. Bu üsul kiçik gözlü xanımların gözünü iri göstərəcək.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm