Bu eynəklər dəbə minəcək - FOTOLAR
Bizi izləyin

Qadın

Bu eynəklər dəbə minəcək - FOTOLAR

Artıq günəş eynəklərinə ehtiyacımız olan günlər başladı. Eynəklər gözləri və göz ətrafını günəşdən qoruyur, eyni zamanda dəbli aksessuardır. Yeni mövsümdə bir-birindən gözəl eynək modelləri var. Bəs 2014-ün yazında hansı eynəklər dəbə minəcək?

Pişik gözlər - 50 və 60-cı illərin dəbi olan pişik eynəklər 2014 mövsümünün ən məşhur eynəkləridir. Üz quruluşunuz kvadrat formasındadırsa pişik gözlü eynəklərdən istifadə edə bilərsiniz. Bu eynəklər üz ifadəsini yumşaldır. Yaxud da retro tərzini sevirsinizsə, pişik gözlü eynəklər stilinizin ən önəmli parçası olacaq.

Güzgülü eynəklər - Güzgülü eynəklər 80-ci illərin məhsuludur. 2 ildir dəbdə olan modellərdəndir. 2014-ün yaz aylarında məşhurluğunu davam etdirəcək. Güzgülü eynəklər diqqət çəkməyi xoşlayan hər kəsin farovirisi olacaq.

Ağ çərçivəli eynəklər - Ağ rəng bu yaz da gündəmdədir. Buna görə, eynəklərin ağ rəngə bürünməsinə təəccüb etməmək lazımdır.

Clip-on/Flip-up eynəklər - Optik eynəkləri günəş eynəyi kimi istifadə edə bilmək üçün hazırlanıb. Vintaj modellərdən ilham alan Clip-on eynəklər mövsümün sevilən eynəklərdən biridir. Eynəklərin üst hissəsində metal tel var.

Pilot eynəkləri - Pilot eynəkləri bu mövsüm aktual olacaq.

Yumru çərçivəli eynəklər - Bu eynəklərə retro stilinin əsas elementi deyə bilərik. 1970-ci illərdən əsib gələn yumru eynək modelləri bu il naxışlı və daha böyük çərçivəsi ilə diqqət çəkir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm