Arıqlamağa kömək edən 5 qida
Bizi izləyin

Qadın

Arıqlamağa kömək edən 5 qida

Çəki atmaq səbir və vaxt tələb edir. Bəzi yeməklər var ki, onlar bizi daha çox yeməyə sövq edir. Bəzi qidalar da var ki, onlar çəki atmağa kömək edir və sürətlə arıqladır. Bu yazıdan o qidaların adlarını öyrənəcəksiniz.

Yulaf əzməsi - Səhər yeməyində bir boşqab yulaf əzməsi yesəniz, günə həm enerjili başalayar, həm də uzun müddət özünüzü tox hiss edərsiniz. İdmanla məşğul olanlara əzələ yığmağa kömək edir, immunitet sistemini də gücləndirib xəstəliklərə qarşı müdafiə mexanizmi rolunu oynayır.

Qatıq - 100 qramında 50 qram kalori var. Demək olar ki, istənilən vaxt yeyilə bilər. Metabolizmanı yaxşılaşdırır, eyni zamanda yağları yandırır. Aclıq böhranında bir boşqab qatıq və bir dilim taxıllı çörək toxluq hissi aşılayır.

Qreyfurt - Greyfurt artıq çəkilərlə mübarizə aparan ən yaxşı meyvədir. Yeməkdən əvvəl yarım qreyfurt yağları yandırmağa kömək edir. Yarım qreyfurtda sadəcə 39 kalori var. Qreyfurtun suyu da metabolizmanı gücləndirir.

Şor pendir - Az yağlı şor pendir əzələləri möhkəmləndirir. Şor pendir çox rahat həzm olunur. Salatlara əlavə etsəniz, arzuladığınız bədən quruluşuna çox tez qovuşarsınız.

Brokoli - Bir porsiya brokoli 30 kaloridən azdır. Brokolinin saymaqla bitməyən faydaları var. Buna görə də, ən çox istifadə edilən pəhriz yeməyidir. Toxluq hiss verərək aclığı öldürür.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm