Burnu kiçik göstərən saç düzümləri - FOTOLAR
Bizi izləyin

Qadın

Burnu kiçik göstərən saç düzümləri - FOTOLAR

Burnunuz böyükdürsə və bu sizi narahat edirsə, saç modelləri ilə onu kiçik göstərmək mümkündür. Bu saç modelləri diqqəti burundan saça yönəldir.

Qatlı saçlar - Əgər burnunuz böyükdürsə, qat-qat kəsim sizin üçün ideal saç modelidir. Qat-qat saç kəsimi təkcə burnu deyil, üzünüzdə gizlətmək istədiyiniz digər nöqtələr üçün də ideal seçimdir.

Kəkil - Kəkil də böyük burnu kiçik göstərən saç modelidir. Ancaq qısa saçlarda kəkil tövsiyə olunmur.

Dalğalı saçlar - Dalğalı saç sərt üz ifadəsini yumşaltdığı üçün diqqəti burundan yayındırır. Lakin dalğalı saçları çox burmaq olmaz. Daha yumşaq dalğalara üstünlük versəniz, burnunuzu daha uğurla kamufle edərsiniz.

Uzaq durmalı olduğunuz saç modelləri

Topuz - Topuz saçlar bütün diqqəti üzə topladığı üçün burun ön plana çıxır. Buna görə də burnu uzun olan xanımların topuz saç modelindən uzaq durmağı tövsiyə edilir. Üz quruluşunuz topuz üçün ideal deyilsə, bu cür saç düzümündən qaçın. Əgər topuz modelini çox bəyənirsinizsə, dartılmış topuz yerinə, dağınıq və boş topuz yığa bilərsiniz.

Qısa saç - Burnunuzu daha da böyük görünməsini istəmirsinizsə, qısa saç düzümlərindən uzaq durmalısınız. Saçınız orta uzunluqda, ya da uzun olmalıdır. Yaxud da qısa saçla eynəkdən istifadə edərək burnun böyüklüyünü gizlədə bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm