• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şokolad dərini necə gözəlləşdirir?

  • Qadın
  • 29 Mart 2014 14:59
  • 1 674 Baxış
Şokolad dərini necə gözəlləşdirir?

Kim deyir ki, şokolad sızanaq əmələ gətirir... Şokolad nəyin ki, dəriyə zərər verir? O artıq kosmetika dünyasının da baş tacıdır.

Şokoladın çox sirli tərkibi var. Hər gün yeni bir faydası kəşf edilir. Şokoladla bağlı son kəşf dəri üzərindəki müsbət təsiridir. Məsələn, acı şokoladın tərkibindəki kakao dəri toxumalarını gözəlləşdirib qan dövranını sürətləndirir.

Hətta günəş işıqlarının zərərli təsirlərindən qorumağa kömək edir. Şokoladın tərkibindəki kakao yağı əla nəmləndiricidir. Dərini təkcə yumşaltmaqla kifayətlənmir, nazik qırışları da azalda bilir. Bu, Amerikada aparılan bir araşdırmada da öz təsdiqini tapıb.

Amerikada bir qrup qadına 12 həftə ərzində hər gün (flavanol miqdarı 329 mg) tünd şokolad yedirilib. Sonda qadınların dəriləri əvvəlki ilə müqayisə olunub. Müqayisədə qadınların dərilərində quruluq müşahidə olunmayıb, əksinə yumşaldığı və hamarlaşdığı bildirilib. Həmçinin qan dövranını sürətləndirdiyi üçün dərinin alt təbəqələrinin qalınlaşdığı və günəşə qarşı daha dayanıqlı hala gəldiyi məlum olub.

Şokoladın bu faydasını görən kosmetika firmaları da boş dayanmır. Son zamanlar istehsal olunan kosmetik məhsulların tərkibində şokoladdan çox istifadə olunur. Bu məhsullarda şokolad, soya və badam kimi bitki tərkibli yağlarla birləşdirilərək təsiri artırılır. Spa və gözəllik mərkəzləri də şokoladdan çox istifadə edirlər. İsti şokolad maskaları bədən dərisini gözəlləşdirir və sakitləşdirir. Şokoladın tərkibindəki polifenlər dərini qidalandırır və rənginin açılmasını təmin edir.

İsti şokolad maskası

Şokolad maskası dəridə pilinq effekti verərək dərini yumşaldır, hamarlaşdırır və hüceyrələrini yeniləyir. Ağ şokoladın tərkibindəki E vitamini isə yaraları sağaldan özəlliyə sahibdir. Qırışları azaldır, sallanan dərini sıxlaşdırır. Südlü şokoladda fındıq və badam yağı olduğu üçün dərini nəm balansı qoruyur. Şokolad maskası çox zövq verir. Maska yuyulduqdan sonra nənləndirici çəkilib masaj edilir.

Şokolad maskası

Ərzaqlar: Yarım stəkan kakao, 1 yemək qaşığı süd kremi, 1 çay qaşığı bal.

Hazırlanması: Ərzaqları yaxşıca qarışdırıb bədənin istənilən hissəsinə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yaxalayın. Bu maska dərinin yumşaldır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR