Bu ayaqqabılar çox dəbdədir - FOTOLAR
Bizi izləyin

Qadın

Bu ayaqqabılar çox dəbdədir - FOTOLAR

2014 yaz mövsümünün ən önəmli ayaqqabı trendlərindən biri qısa dabanlı ayaqqabılardır. Onlar hətta qış mövsümündə də çəkmə formasında qarşımıza çıxacaq və trend olacaqlar. Qısa modellər sizə dəbdə olmayan kimi görünə bilər ancaq onlar yenidən gündəmə gəliblər. Bu il dəbə minən qısa dabanlı ayaqqabılara bir xeyli əlavələr edilib. Onlar çox eleqant və olduqca rahatdılar.

Düzgün seçilmiş şalvar - Şalvarınızın kəsimi qısa dabanlı ayaqqabılarla daha yaxşı görünür. Qısa dabanlı ayaqqabıları düz kəsim, qısa balaqlı, ya da balaqları qatlanmış şalvarlarla geyinə bilərsiniz. Audrey Hepbrunun geyindiyi dar kəsimli şalvarlar bu tərz ayaqqabılarla mükəmməl görünür.

Feminen kəsimlər - Şalvarla aranız yoxdursa, bu ayaqqabıları qadınlığı əks etdirən donlarla geyinə bilərsiniz. Xüsusən də dizdən olan donlar qısa dabanlı ayaqqabılara çox yaraşır.

Cinslər - Dar cinslərin qısa dabanlı ayaqqabılarla əla göründüyünü deməyə gərək yoxdur. Cins şalvarları istədiyiniz qısa dabanlı ayaqqabılarla birləşdirə bilərsiniz. Lakin balaqlarının çox uzun olmamasına fikir verin.

Mini ətək - Boyunuz çox uzun deyilsə və qısa dabanlı ayaqqabılarla ayaqlarınızın qısa görünməsindən narahatsınızsa, qısa dabanlı ayaqqabı geyinə bilərsiniz. Mini ətəklə qısa dabanlı ayaqqabılar bir-birini tarazladığı üçün ayaqlarınız istədiyiniz kimi görünəcək.

Bohem eleqantlığı - Qısa dabanlı səndəlləri maksi donlarla, ya da enli balaqlı şalvarlarla istifadə edə bilərsiniz. Bu tərzlə yazda həm rahat, həm də fərqli görünəcəksiniz.

Bol kəsimli şalvarlarla - Qalın və qısa dabanlı ayaqqabıları bol kəsimli şalvarlarla da sintez etmək olar. Sadəcə burda da balağının qısa olması tələb olunur. Qısa deyilsə də, balaqlarını qatlayaraq istədiyiniz formanı verə bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm