Saçı tez uzadan xardal maskası
Bizi izləyin

Qadın

Saçı tez uzadan xardal maskası

Uzun saçlara sahib olmaq artıq çətin deyil. Belə ki, Publika.Az-ın qadın bölməsi rus qızlarının ən çox istifadə etdiyi xardal maskasının reseptini təqdim edir. Saçlarınızın tez uzanmasını istəyirsinizsə, onu bu maska ilə qidalandırın.

Ərzaqlar:

2 yemək qaşığı toz xardal

1 yemək qaşığı şəkər

1 yumurta sarısı

60 ml isti su

2 yemək qaşığı zeytun yağı

Hazırlanması: Bütün ərzaqları qarışdırıb qarışığı bir fırça yardımı ilə saç diblərinə yedirin. 40 dəqiqə gözlədikdən sonra saçları yaxalayın. Maska ancaq saç diblərinə çəkilir. Həftədə 1 dəfə çəkilmək şərti ilə, 14 həftə davam etdirilməldir.

Qeyd: Maska çəkildiyi zaman baş dəriniz sanki yanırmış kimi hiss edəcəksiniz. Bu zaman təşvişə düşməyin və normal qarşılayın. Çünki xardal başınızdakı qanı hərəkət gətirib qan dövranını süərtləndirir, saçları isə qısa müddət ərzində uzadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm