Yaraşıqlı ərindən boşanandan sonra qadınlara gözü düşür - FOTOLAR
Bizi izləyin

Qadın

Yaraşıqlı ərindən boşanandan sonra qadınlara gözü düşür - FOTOLAR

Hollivudun ən mükəmməl qadını - Miranda Kerr, Orlando Blum cütlüyünün boşandığı haqqında xəbərlər mətbuatda tez-tez yer alırdı. Bu cür xəbərlərə ən çox Mirandaya vurulan kişilər, bir də Orlandoya heyran olan qızlar sevinə bilər. Təəssüflər ki, xəbər keçən ilin oktyabrında öz təsdiqini tapır. Üstündən bir müddət keçmir ki, kişilərin gözəlliyindən gecələr gözünə yuxu getməyən model qadınlara qarşı laqeyd olmadığını etiraf edir. Beləliklə, Publika.Az-ın “9 don” layihəsi çərçivəsində Miranda Kerr haqqında danışacağam.

Uşaqlığı - Miranda Kerr 1983-cü ilin 20 aprelində Avstraliyanın Sidney şəhərində anadan olub. O, “Victorias Secret”-in şousunda iştirak edən ilk modeldir. Müsahibələrinin birində model damarlarında şotland, ingilis və fransız qanı axdığını söyləyib. Özündən iki yaş balaca qardaşı var. Boyu 175 sm, çəkisi 52 kq, bədən ölçüləri isə 84-60-86-dır. Miranda uşaqlığını balaca bir qəsəbənin (Qanneda) fermasında, kiçik yaşlardan etibarən zəhmətin və əziyyətin aşılandığı bir yerdə keçirib. Gələcəyin top modeli hələ balaca olanda motosiklet sürməyi, atlarda gəzməyi öyrənir. Ağır iş, zəhmət, bir sözlə orada keçirdiyi həyat tərzi onu gələcəyə hazırlayır.

“Orada heç kəsin səninlə işi yoxdur, sənin nə geyindiyinlə də heç kim maraqlanmır. İstədiyin qədər azad və özün kimi ola bilərsən!”

2000-ci ildə ailəsi Brisben şəhərinə köçür. Miranda sağlam qidalanma məsləhətçisi - diyetoloq olmağı planlaşdırırdı. Model olmaq haqqında qətiyyən fikirləşmirdi. Modellik karyerası 13 yaşında təsadüfən qatıldığı “Dolly Magazin” müsabiqəsinin qalibi olduqdan sonra başlayır. Qalibi “Dolly” jurnalında çəkilməyə dəvət edirlər. Bu fotolar böyük qalmaqala səbəb olur. Mirandanın çimərlik geyimlərində çəkilmiş fotolarını çoxları uşaq pornoqrafiyası adlandırır. 13 yaşında adı qalmaqalda hallanan Miranda cavabı ilə gəzən söhbətlərə son qoyur.

“Bu jurnal gənc qızlar üçündür, şəkillər də bu jurnalda çıxıb. Yəni, kişi jurnalı deyil. Belə olan halda isə səhv və pis iş gördüyümə gözə məni günahlandıra bilməzsiniz!”

Miranda qısa bir zamanda Chic Managment model agentliyi ilə müqavilə imzalayır, Avstraliya idman brendi “Billiabong”-la əməkdaşlıq etməyə başlayır. O vaxtdan etibarən Nyu Yorkda bir çox bahalı geyim markalarının reklamlarına çəkilir. 2003-cü ildən Parisin Medison model agentliyi ilə iş birliyi bağlayır. Ən böyük nailiyyəti qadın alt geyim markası “Victoria Secret”in mələyi olmasıdır. Mələk qanadına sahib olduqdan sonra şəkilləri dünyanın ən nüfuzlu qlamur jurnallarının ü zqabığından düşmək bilmir.

“ABŞ ona vurulur!” Miranda haqqında deyilən bu sözlərin müəllifi tanınmış və peşəkar fotoqraf Rassle Ceymsdir:

“Biz onu, möcüzəli gözəlliyinə və qüsursuz imicinə görə sevirik. Bu isə o deməkdir ki, gözəlliyi qadınları qorxutmur, kişiləri isə özünə cəlb edir. Simasındakı nur, mülayim ifadə hər bir sadə insanın ona yaxınlaşıb söhbət etməsinə icazə verir. Mükəmməl bir birləşmədir!”

Şəxsi həyatı

Model 2003-cü ildə maliyyə brokeri Adrian Kamileri ilə görüşür. 2004-cü ildə Kamilerinin investisiya və qiymətli kağızlar üzrə komissiyasının araşdırmalarından sonra fırıldaqçılıq əməlləri ilə təqsirli bilinərək beş bənd üzrə ittiham elan edilir. Bundan sonra onların münasibətləri bitir.

2005-də Miranda “Tamarama” qrupunun solisti Ceem Lionla görüşür. Hətta qrupun bir klipində də çəkilir. Lakin bu cütlüyün münasibəti uzun müddət davam etmir. 2007-ci ildə Liondan ayrılan Miranda yaraşıqlı aktyor Orlando Blumla görüşür.

Dünyanın ən yaraşıqlı cütlüyünün sevgi macərası necə başlayır və niyə bitir?

Ailədə hər hansı böhran olanda, öhdəsindən çox uğurla gəlirdilər. Onlar dünyanın ən yaraşıqlı və ən nümunəvi cütlüyü idi. Miranda həmişə nənəsinin ona verdiyi “Anti-böhran” məsləhəti ilə öyünürdü. Amma təcrübəli nənənin verdiyi məsləhətlər özünü doğrultmur. Bu barədə bir az sonra danışacağam. Hələlik isə nənənin verdiyi məsləhətlərə nəzər salaq:

“Nənəm kişilər haqqında gözəl məsləhətlər verərdi. O, qadınların hər gün baxımlı olmasının tərəfdarı idi. İddia edirdi ki, əgər siz hər gün sadə makiyaj edib, erotik alt paltarları geyinsəniz, onda ərinizin gözü sizdən başqa heç kimi görməyəcək. Kişilər gözləri ilə, qadınlar isə qulaqları ilə sevir...”

“Victoria Secret”-in ən gözəl modeli kişiləri özünə cəlb etməyi yaxşı bacarır. Burada onun gözəlliyinin, məşhurluğunun da xüsusi yeri var. Miranda ilə Blum tanış olan zaman o, dünyanın ən gözəl və çox pul qazanan modellərindən biri hesab edilirdi. Yəni, Blumun gözəl gülüşə malik, cazibədarlığı ilə hər istədiyinə nail olan modelə vurulmaq üçün kifayət qədər səbəbi var.

Cütlük 2007-ci ildə tanış olub. Yaraşıqlı aktyor gözəl modeli görən kimi ilk baxışdan aşiq olur... Miranda uzun müddət onunla görüşüb-görüşməmək haqqında düşünür, tərəddüd edirdi. Bunun səbəbi isə minlərlə fanatı olan tanınmış aktyorla münasibət qurmağın çətinliyini dərk etməsi idi. Blum sonda öz istəyinə nail olur. Belə ki, Mirandanın saqqızını oğurlayıb yola gətirir. Təbii ki, ancaq dəli kimi vurulan kişilər bəyəndiyi qadından asanlıqla imtina edə bilmir. Blum inadkarlığı və əzmkarlığı nəticəsində modelin fikirlərinə təsir edir. Miranda nazlana-nazlana öz eşq hekayəsində etiraf edir ki:

Bəlkə də o məni əldə etmək mümkünsüz olan bir qadın kimi gördüyü üçün tanış olmaq və görüşmək istəyirdi...”

Xoşbəxt sevgi hekayələrini mətbuatdan düz bir il gizli saxlayırlar. Bu vaxt ərzində Miranda sevib-seçdiyi şəxsi valideynləri ilə tanış edir. Buna baxmayaraq, özəl həyatlarını hər kəsdən gizli saxlamağa çalışırdılar. Paparazilərin kameralarına tuş gəlməmək üçün əllərindən gələni edirdilər. Tanışlıqları zamanı Miranda təəccüblənərək şikayət edirdi ki, Blumun fanatları gecələr evin önündə çadır qurub yatırdılar. Elə bu səbəbdən də onların toyu çox ciddi nəzarət altında keçirilir, toya da ən yaxın dostlar, tanışlar dəvət olunmuşdu. Fanatlara isə bu toydan fotolar görmək qismət olmur, onlar boş yerə evin önündə gözləməyə davam edirdilər. Toydan sonra onlar öz sirrini açmaq məcburiyyətində qalır, çünki Mirandanın hamiləliyini heç bir halda gizlətmək olmazdı. Körpə Flipp 2011-ci il yanvarda dünyaya gəlir. Doğuş ərəfəsində Blum həyat yoldaşının yanından ayrılmırdı. Miranda bununla qadınları inandırmaq istəyirdi ki, təbii doğuş heç də düşünüldüyü kimi çətin deyil. Qeyd edək ki, Miranda övladını qeysəriyyə əməliyyatı ilə deyil, təbii doğuşla dünyaya gətirib.

“Mən övladımı dərmansız, narkozsuz filansız dünyaya gətirməyə qərar verdim. Xatırlayıram, mən Orlandoya baxdım və əzizim dedim... Həyat yoldaşım bütün kişilər kimi çox qorxmuşdu. Mənim çəkdiyim əzablara dözə bilmədiyi üçün narkoz verilməsini xahiş etmişdi. Xoşbəxtlikdən doğuş yaxşı keçdi və biz valideynlik vəzifəsinin öhdəsindən bacardığımız qədər yaxşı gəldik”.

Övladlarının dünyaya gəlməsi onları xoşbəxt etsə də, gənc ata-ana yeni statusa alışa bilmirdi. Miranda həyat yoldaşının bütün günü çəkilişlərdə olmasına səbir edə bilmirdi. Orlando gözəl həyat yoldaşına, oğluna daha çox vaxt ayırmağa söz verir. Ayrılıq xəbərini cütlük hər dəfə təkzib edirdi. Lakin 2013-cü ilin oktyabrında ayrılıq haqqında rəsmi məlumat yayılır. Bəli, üç illik evlilik həyatından sonra Miranda Kerr və Orlando Blum həyat yollarını ayırmaq qərarına gəlir. “E! News”- a müsahibəsində aktyor xəbəri təsdiqləyir. Münasibətlərinin normal olduğunu və dostcasına ayrıldıqlarını bildirirlər.

Lakin bu ayrılıq cazibədar modelin ağlını alır. Belə ki, Miranda Kerr keçən həftə verdiyi açıqlaması ilə hər kəsi şoka salıb. O, “GQ” jurnalına verdiyi müsahibədə bütün biseksual fantaziyalarını yaşamaq istədiyini etiraf edib. Bir övlad sahibi 30 yaşlı Miranda hər iki cinsin nümayəndələrinə hörmət etdiyini söyləyir:

“Həm qadınlara, həm də kişilərə hörmət edirəm. Onları kəşf etmək istəyirəm. Bir qadınla münasibətdə olmaq istərdim. Heç vaxt, heç vaxt deməyin!”

Gözəllik sirləri

Nənəsinin “müqəddəs” gözəllik məsləhətləri onun əməl etdiyi birinci gözəllik rituallarıdır. O, bədən quruluşuna xüsusi qulluq edir, formada qalmaq üçün idmanla məşğul olur. Doğuşdan 3 ay sonra model çimərlik geyimində mükəmməl qarnı ilə hamının qarşısına çıxır. Model belə gözəl görünməyinin formulunu hamıya böyük fəxr hissi ilə açıqlayır.


“Sağlamlığıma çox ciddi nəzarət edirəm. Səhhətinizdə heç bir problem, xəstəlik yoxdursa, yeməklərdə nələrəsə qadağa qoymaq olar. Hər birimiz artıq çəkilərdən xilas olmaq üçün müxtəlif üsullardan xəbərdar olmalıyıq”.

Model kokos yağından hər şeydə istifadə edir, hətta yeməklərinə də kokos yağı əlavə edir. Yaxşı formada qalmaq üçün əsas şərt özünü sevmək və özünə güvənməkdir. Özünü sevməyən şəxsin baxımlı olması və özünə qulluq etməsi mümkünsüzdür. Əziz oxucular, Miranda kimi gözəl görünmək istəyirsinizsə, özünüzü sevin və qulluq edin. Gəlin qəbul edək ki, Miranda nə qədər gözəl olsa da, gözəlliyinin qeydinə qalmasa, onu itirə bilər. Gözəllik qalıcı deyil axı... Kişini gözəlliyinizlə cəlb edə bilərsiniz, yanınızda saxlamaq üçünsə ağıl və bir az da hiyləgərlik tələb olunur.

Miranda Kerr podiumun ən gözəl qadını olmasına baxmayaraq, xalat geyinib istirahət etməyi xoşlayır...

Miranda uşağın mütləq valideyn nəzarəti altında böyüməsinin tərəfdarı olan analardandır. Oğlu ilə birlikdə alış-veriş məkanlarını və idman salonları gəzir. Boş vaxtlarını oğluna ayırır və həyatından zövq alır.


“Stilim hara getməyimdən asılıdır. Əgər mən işə və ya gəzməyə gedirəmsə, dəb ilə ayaqlaşmağı və qarderobumla əylənməyi sevirəm. Özümə ən çox yaraşan geyimləri seçirəm. Evdə oğlumla vaxt keçirib və əylənmək istəyirəmsə, sadə pijamada da gəzə bilərəm. Hamilə qadınların geyimləri isə çox rahat olmalıdır. Mən maksi (uzun) geyimləri çox sevirəm. Hamilə olanda onlarda özümü çox rahat hiss edirdim. Hamiləlikdən sonra əvvəlki formama qayıda bilmək üçün yoqa ilə məşğul olurdum. Hamiləlikdən sonra isə plateslə məşğul olur, məşqlərimi davam edirdim. Yəni, bədənimi ona lazım olan “qida” ilə təmin edirəm”.

Bədəninin gözəlliyini saxlamaq üçün daim idman edən Miranda 13-14 ildir yoqadan əl çəkmir. Xanımlara gimnastika ilə məşğul olmağı tövsiyə edən Miranda bütün bunlara əməl edilərsə, həm sağlam, həm də gözəl bədənə sahib olmağın asanlığını vurğulayır. Onun ən sevimli qidası yaşıl şirələrdir. Həmçinin balığı da çox sevir. Ən zəif nöqtəsi isə şokoladdır.

Dərisinə xüsusi qulluq göstərir. 2009-cu ildə Miranda Avstraliyada özünün kosmetik vasitələrini təsis edir. Miranda Kerr 2010-cu ildə “Daxilindəki xəzinə” adlı kitabını çıxarır. Kitab yeniyetmə qızlar üçün nəzərdə tutulub. Onlara şəxsi ləyaqət hissi tərbiyə etməyə və özünü təkmilləşdirmək üzrə dərs verir. Avstraliyalı supermodel buddizmə inanır və hesab edir ki, dünyada harmoniya və sülh əldə etmək üçün hər birimiz məsuliyyət daşıyırıq. Hər səhər və axşam 20 dəqiqə ərzində yoqa ilə məşğul olur və meditasiya edir.

Adətən dünya ulduzlarının makiyajsız fotoları baxımlı hallarından kəskin şəkildə fərqlənir. Miranda Kerr isə makiyajsız həm çox sadə, həm də heyrətamiz görünür. Bu foto onu sübut edir ki, sadəlik hər şeydən üstündür. Xoşbəxt ana - dünyanın ən gözəl şəklidir, hətta siz ən yaxşı qrimdən istifadə etsəniz də, belə parlaq sima yaratmaq mümkün deyil.

Миранда Керр с сыном

Oxumağa davam et
Reklam
Reklam

Gündəm