• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ən güclü təbii antibiotiklər

  • Qadın
  • 2 Aprel 2014 17:40
  • 2 591 Baxış
Ən güclü təbii antibiotiklər

Xəstə olan kimi aptekə cumub bildiyimiz və bilmədiyimiz dərmanları alırıq. Nəticəsindən isə danışmağa dəyməz. Əslində, hər xəstəliyin dərmanı təbiətdədir. Onlara təbii antibiotiklər deyilir. Onlardan çoxlu istifadə etsəniz, həm xəstə olanda çox tez sağalar, həm də xəstələnmək ehtimalınız aşağı düşər.

Sarımsaq - Sarımsağın tərkibindəki allisin maddəsi sarımsağın təbii antibiotik olmasını təmin edir. Soğan və sarımsaqdan min illərdir ki, bir çox xəstəliyi sağaltmaq məqsədilə istifadə edilir. Qripdən vəbaya qədər hər növ xəstəliyi sağaldır. Bədəndə olan bütün mikrobları, göbələyi, bakteriyaları bədəndən xaric edir.

Bal - Balın tərkibində bir çox antibiotiklər var. Baldan müasir dövrdə də yaraları və yanıqları infeksiyalardan müdafiə etmək məqsədilə istifadə edilir. Həmçinin bal yaraları daha tez sağalmasını təmin edir. Hər səhər çayınıza şəkər yerinə, bir çay qaşığı bal əlavə edin. Bu, sizi bütün xəstəliklərdən qoruyacaq.

Kəklik otu - Kəklik otu bütün şəfalı otlar arasında ən yaxşı antibiotikdir. Kəklik otunun həm qurusunu, həm də yaşını istifadə edə bilərsiniz. Kəklik otu yağı da olduqca faydalıdır.

Adaçayı – Antik dövrlərdən bəri adaçayı təbii sakitləşdirici kimi istifadə edilir. Bu təbii antibiotikin insan bədəninə bir çox faydası var. Ağız, diş, qan, əzələ, boğaz, ağciyər, mədə və başqa orqanların ağrılarını kəsən təsirə malidkir.

Gülsuyu - Gül suyu həm ən köhnə antibiotikdir, həm də ən qədim kosmetik vasitədir. Gül suyundan yaraların üstünü dezinfeksiya etmək və mikroblardan qorumaq üçün istifadə edilib. Gülü suyu dəri üçün faydalıdır. Ondan bir çox şirniyyatların tərkibində də istifadə edilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR