• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

“Yoldan ötən kişinin gözündə gözəl görünməyə borclu deyilsiniz”

  • Qadın
  • 2 May 2016 17:45
  • 787 Baxış
“Yoldan ötən kişinin gözündə gözəl görünməyə borclu deyilsiniz”

Diana Vriland - Koko Şanelin yaxın rəfiqəsi, Jaklin kennedinin stilisti, dəb ikonası və bəlkə də dünyanın ən hazırcavab qadınlarından biri olub. Dəb imperatriçəsi adı ilə tanınan Diana uzun illər “Harper's Bazaar” jurnalının baş redaktorluğu vəzifəsində çalışıb. O, “Vogue” jurnalı ilə də əməkdaşlıq edib və ümumiyyətlə dəb dünyasına çox böyük töhfələr verib.

Stil və zəriflik haqqında

Arxaya daranmış qısa saçlar, al yanaqlar, biləkdə qayışla bağlanan alçaqdaban tuflilər, timsah dərisindən tikilmiş ridikül (qadın əl çantası), sadə siluetli paltarlar və akasessuar bolluğu Diana stilinin səciyyəvi cəhətləri idi.

“Stil hər kəsə lazımdır. O pilləkənlə aşağı düşməyə və səhər yuxudan oyanmağa kömək edir. Stil həyat tərzidir”.

“Yeganə sadiq eleqant - intellektdir. Əgər o sizdə varsa, qalan hər şey yoluna düşəcək”.

Pis zövq və vulqarlıq haqqında

XX əsrin ortalarında Nyu-Yorkda Diana Vriland həyata və modaya yüngül münasibəti ilə fərqlənirdi. Pis tərz və kobud zövq barədə onun öz təsəvvürləri var idi. Onun üçün darıxdırıcılıq bağışlanmaz sıxıntı idi, görməmiş insanlara isə ümumiyyətlə, dözə bilmirdi.

“Vulqarlıq həyatda çox mühüm inqrediyentdir. Pis zövq sanki bir çimdik istiot kimidir. Məncə, hamının “bir çimdik” pis zövqə ehtiyacı var, həm də bu, faydalıdır. Mən zövqü olmayanları sevmirəm”.

“Yaxşı zövqün çoxluğu da çox darıxdırıcıdır”.

Gözəllik barədə

Diana həqiqətən də vəsf ediləsi gözəlliyə malik olmayıb, lakin yaxın dostları onun haqqında ancaq müsbət fikirlər səsləndirirlər. Onlar hesab edir ki, Diana inanılmaz dərəcədə xarizmatik və enerjli qadın olub. Onun yerişi, hərəkətləri, xırıltılı səsi, yumor hissi və əlbəttə ki, qüsursuz stili Nyu-Yorkun bütün gözəllərini kölgədə qoyurdu.

“Siz gözəl olmağa məcbur deyilsiniz, sizin belə öhdəliyiniz yoxdur. Nə həyat yoldaşınıza, nə sevgilinizə, nə həmkarlarınıza, nə də ki, yoldan ötən hər hansı kişinin gözündə gözəl görünməyə borclu deyilsiniz. Sizin gözəlliyiniz ananıza və övladlarınıza, ümumiyyətlə, bəşəriyyətə lazım olmamalıdır. Gözəllik ödəmək lazım olduğunuz renta (Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir) deyil! Qadın hüququna malik olmaq üçün gözəllik əsas şərt deyil”.

“Son dərəcədə cazibədar görünmək üçün gözəl doğulmaq da gərək deyil”.

Niyə də yox?

Ağır depressiya, aclıq, yoxsulluq və işsizlik 30-cu illərdə ABŞ-ın əsas xarakteristikası idi. Bax bu dəhşətli illərdə Diana Vriland jurnalda “Niyə də yox?” adlı bölmə təklif edir. Diana bu bölmədə bütün baş verənlərin fonunda müsbət görünə biləcək məsləhətlər verirdi. Yeri gəlmişkən, qeyd edək ki, jurnalın bu bölməsi ağlasığmaz dərəcədə məşhurlaşmışdı. Bu bölmə indiyədək mövcudluğunu davam etdirir. Bir neçə misal gətiririk:

“Sincab dərisindən hazırlanmış köhnə mantonu niyə də hamam xalatına çevirməyəsiniz?”

“Niyə də uşaqlarınızın saçlarını şampunla yumayasınız? Fransada məhz belə edirlər”.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>