Yazın ən dəbli idman ayaqqabıları - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ən dəbli idman ayaqqabıları - FOTOLAR

İdman ayaqqabıları artıq təkcə idman və ya gəzintiyə gedən zaman geyinilən geyim əşyası deyil. Belə ki, idman ayaqqabıları bir neçə mövsümdür ki, dəb zirvəsini zəbt edib. Geyim tərzinizin nə olmasından asılı olmayaraq, idman ayaqqabılarını hər üsluba uyğunlaşdıra bilərsiniz. İndi demək olar ki, idman ayaqqabılarla geyinə bilməyəcəyimiz üslub yoxdur. Publika.Az-ın qadın bölməsi yazın ən yaxşı idman ayaqqabılarını nə ilə geyinməyin qaydalarını izah edəcək.

Manto və plaşlarla - Dəb həftələrinin küçə stilini izləyirsinizsə, bütün qış manto və plaşlarla idman ayaqqabı geyinən modapərəstlər mütləq gözünüzə sataşıb. Bəli, siz klassik manto və baharın əvəzedilməz plaşlarını idman ayaqqabılaır ilə sintez etsəniz, olduqca xarizmatik görünə bilərsiniz.

Bleyzer pencək - İdman ayaqqabılarını klassik geyimlərlə geyinməyi sınaqdan keçirin. Qadın bədən quruluşunu vurğulayan həm ən bəsit, həm də ciddi pencəklərlə idman ayaqqabılarının sintezindən istifadə edə bilərsiniz.

Dəri şalvarla - Dəri şalvarlarla idman ayaqqabılar çox gözəl yaraşır. İkisi də bir-birinə zidd olan geyimlər olduğu üçün bu tandemə heyran olacaqsınız.

Mini ətəklə - Mini ətəklərin zərifliyini idman ayaqqabıları ilə poza bilərsiniz. Mini ətəyi idman ayaqqabıları ilə birlikdə geyinib həm rahat, həm də çəkici tərzə imza ata bilərsiniz.

Şortla - Həftəsonu üçün həm rahat, həm də eleqant bir stil axtarırsınızsa, şortla idman ayaqqabılarını birləşdirin.

Donla - Kim deyir ki, gözəl güllü və ya uzun donlarla idman ayaqqabılarını geyinmək olmaz. Beləcə zərif idman üslubu yarada bilərsiniz.

Cins şalvarlarla - Bu cütlük sanki bir-biri üçün yaradılıb. Moda dünyasında öz əhəmiyyətini itirməyən stillərdən biridir. Onlar istənilən halda bir-birinə uyğun olurlar.

Dəri pencəklə - Dəri pencəyə idman ayaqqabıları da əlavə olunub. Baharda küçələrdə bu stilə tez-tez rast gələcəksiniz.

Qələm ətəklə - Qələm ətək qadın bədənini zərif göstərən üslub olmasına baxmayaraq, son zamanlarda idman üslubu ilə qarışdırılır. Qələm ətəklərlə idman ayaqqabılarının sintezi mövsümün trendlərinə daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm