Tənbəl qadınları arıqladan ən yaxşı üsullar
Bizi izləyin

Qadın

Tənbəl qadınları arıqladan ən yaxşı üsullar

Bağı təmizləmək - Bağçanız yoxdursa, balkonunuzda kiçik bitki guşəsi yarada bilərsiniz. Bitki yetişdirmək sizi həm rahatladacaq, həm də hərəkət etdirəcək. Sadəcə çiçək əkmək yerinə, sevdiyiniz meyvə və tərəvəzlərdən birini də əkə bilərsiniz.

Dinamik olun - Evinizdə və getdiyiniz hər yerdə daim hərəkətdə olun. Evdə əşyaların yerini dəyişdirin, evi həftədə bir dəfə dərindən təmizləyin, pərdələri yuyun, dolabları yığışdırın. Bu işlərin hamısı nə qədər kalori yandırır.

Uşaqların arxasınca qaçın - Uşaqlarınız varsa, çox şanslınız. Onlarla vaxt keçirmək, elə idman deməkdir. Uşaqlarınızı da alıb parka gəzməyə aparın. Lakin oturacaqda oturub rəfiqələrinizlə söhbət etmək və uşaqları kənardan baxıb izləyərək ehtiyatlı olmasını söyləmək sayılmır. Siz də onların oyununa qoşulun, istədiyiniz qədər hoppanıb-tullanın.

Bahar təmizliyi - Bahar təmizliyini ilin hansı ayının olmasından asılı olmayaraq, edə bilərsiniz. Bahar təmizliyi çətin olduğu üçün onu bir neçə günə bölün. Beləcə bədəninizi hərəkət etdirə bilərsiniz. Evdə heyvan saxlayırsınızsa, işə onu yumaqdan başlaya bilərsiniz.

Alış-verişə gedin - Ən rahat, ən asan və ən çox zövq verən “idman”-dır. Rahat idman ayaqqabılarınızı geyinib bəyəndiyiniz mağazaları gəzin, geyinib-çıxarın. Amma yorulub əldən düşəndən sonra nə gəldi yemək qadağandır. Ancaq salat yeyin.

Avtomobilinizi yuyun - Avtomobilinizi bir dəfə də özünüz dərindən təmizləyin.

Görüşə gedin - Sevdiyiniz insanla yaxşı vaxt keçirəndə qan dövranının süərtləndiyini bilirdiniz? Elə-ələ tutub küçələri gəzin, hər yerdə özünüzdən bir xatirə qoyun, rəqs edin və s. Bu kimi fəaliyyətlər arıqlamağa kömək edir.

İşdə oturub qalmayın - İş yoldaşlarınıza deməli olduğunuz sözləri emaildə söyləmək yerinə, yanına gedib deyin. Ofisdə pilləkən varsa, liftdən istifadə etməyi özünüzə qəti qadağan edin.

Qonaq dəvət edin - Elə bilirsiniz qonaq yola salmaq asan məslədir? Qətiyyən. Bunun alış-verişi var, təmziliyi var, hazırlanmağı var, dadlı yeməklər bişirmək var, qabları yumaq, sonra hər yeri yığışdırmaq var... Artıq çəkidən azad olmaq üçün ən yaxşı üsuldur. Amma hazırladığınız hər şeyin dadına baxmasanız da, olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm