Dodaq boyası haqqında maraqlı faktlar
Bizi izləyin

Qadın

Dodaq boyası haqqında maraqlı faktlar

Pomada bir çox qadının əvəzolunmaz kosmetik vasitəsidir. Görəsən, imtina edə bilmədiyimiz pomadanın tarixi necə başlayıb? Gözəl görünmək, yoxsa başqa məqsədlərə görə istifadə etmək üçün?

Qədim Mesopotamiyalı qadınlar pomadanı icad edən və istifadə edən ilk insanlardır. Dodaqlarını rəngləmək üçün yarı qiymətli ləl-cəvahiratları üyüdərək istifadə edərdilər. Qədim misirlilər qarışdırdıqları müxtəlif bitki və heyvan yağlarını qırmızı güllə və dəmir oksidlə qarışdırıb dodaqlarına çəkirdilər. Lakin bu qarışıq pas qoxusu verirdi. Sonralar qarışıqdakı pas qoxusunu aradan qaldırmaq üçün təbii vəsaitlərdən istifadə edirdilər.

Qədim dövrlərdə qadınlar pomada olaraq rəngli gil, ya da gilas kimi meyvələrdən istifadə edərdilər. Bəzi turşulu bitkilərin suları da dodaqları rəngləmək məqsədi ilə istifadə edilib. Bu cür meyvələrin suları qanın dodaqlara toplanmasını təmin edərdi.

Qədim dövrlərdə yapon qadınlarına çox makiyajla cəmiyyətdə görünməyə icazə verilmirdi. Qadınlar makiyajlarında ağ və qara rənglərdən istifadə edirdilər. Orta əsrlərdə Papa qadağan etdiyi üçün qadınlar makiyaj etmirdilər. Dodaq boyası tarixdən bir neçə yüz il uzaqlaşdırılmış olsa da, sonradan yenidən istifadə edilməyə başlanır.

17-ci əsrdə İngiltərədə parlament kişiləri qoruyan bir qanun çıxarmaq məcburiyyətində qalır. Toyda makiyajla gözəlləşən qadınları kişilər toydan sonra makiyajsız görüb bəyənmirdisə, onları boşayırdılar. Yəni, kosmetika nə qədər ailənin dağılmasına səbəb olurdu.

18-ci əsrdə pomada yalnız qadınlar deyil, kişilər arasında da son dərəcə məşhur olur. Fransız məhkəmə sistemində işləyən vəzifəli kişilər pomada düzəldir və bunu dodaqlarına tətbiq edirdilər. Pomada bildiyimiz formaya ilk dəfə 1915-ci ildə gəlib. Bir neçə il sonra gündəlik vərdiş halını alır.

Tərkibi: pomadalar fərqli konsentrasiyalarda şamların, yağların və piqmentlerin qarışığıdır. Məsələn dodaqda uzun müddət qalması üçün bir pomadada yüksək miqdarda şam, az miqdarda yağ və yüksək nisbətdə pigment olur. Bunun əksi olaraq düz və kremli bir görünüş verən pomadada az şam və çox yağ olur. Pomadalarda müxtəlif şamların qarşığından: bal mumu, təbii bal mumu, Braziliya bal mumu (carnauba şamı), ozokerit şamı, lanolin şamı və digər sintetik şamlardan istifadə edilir.

Maraqlı faktlar

  • Fransa kraliçası Yekaterina Mediçi ilk dəfə pomadanı öz laboratoriyasında hazırlayıb və istehsalına başlayıb.
  • XIX əsrdə bəzi yerlərdə pomadadan yalnız əxlaqsız qadınlar istifadə edib.
  • Fransada pomadanı qadınlarla yanaşı kişilər də çəkib.
  • Kişilər ömürləri boyu 3 kq dan çox pomada udurlar. Necə? Əlbəttə ki, öpüşərək.
  • Bir qadın həyatı boyu təxminən 1-2 kiloqrama qədər pomadanı yalayaraq udur.
  • 1770-ci ildə İngilis Parlamenti, pomada çəkən qadınların cadugərlik etdiklərini iddia edərək onu qadağan edən bir qanun çıxarır.
  • Max Factor, 1930-cu ildə dodaq parlatıcılarını kəşf edir.
  • Pomada - II Dünya Müharibəsindən sonra kino sənayesinin inkişafı ilə məşhurluğunu artırdı və makiyaj etmək qadınlar üçün adi qəbul edilməyə başlandı.
  • 1950-ci ildə amerikalı kimyagər Hazel Bishop dünyanın ilk yayılmayan, uzun müddət qalıcı pomadasını kəşf edir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm