Qız hamilə olduğunu doğumdan bir saat əvvəl öyrəndi – FOTO
Bizi izləyin

Qadın

Qız hamilə olduğunu doğumdan bir saat əvvəl öyrəndi – FOTO

“Daily Mail” xəbər verir ki, 20 yaşlı Sofi Oldric bel ağrısı ilə həkimə müraciət etdiyi zaman ona yalnız ağrıkəsici verib evə yola salıblar.

“Daily Mail” xəbər verir ki, 20 yaşlı Sofi Oldric bel ağrısı ilə həkimə müraciət etdiyi zaman ona yalnız ağrıkəsici verib evə yola salıblar.

Lakin evdə halı daha da ağırlaşdığından Sofi təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və yarım saat sonra oğlu dünyaya gəlib.

Məlum olub ki, qız hamilə olduğundan tamamilə xəbərsiz imiş. Bu müddət ərzində onu çəkisində menstrual dövriyyəsində heç bir dəyişiklik baş verməyibmiş. Buna baxmayaraq o, 2.5 kq çəkisi olan oğlan uşağı dünyaya gətirib.

Sofinin sözlərinə görə, onun xəstəxanadan qucağında uşaqla qayıtması hamı üçün şok olub. Bu hal nadir hadisə deyil, hər 600 qadından biri hamilə olduğunu doğuma yaxın öyrənir. Bu hala həmçinin, menopauza dövründə olan qadınlarda, yaxud gənc və hədsiz məşğul qadınlarda təsadüf olunur. Fotolarda Sofinin hamiləlik zamanı olan çəkisi görünür. /Gün.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm