• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ən dəbli cins şalvarlar - FOTOLAR

  • Qadın
  • 4 Aprel 2014 12:59
  • 16 416 Baxış
Ən dəbli cins şalvarlar - FOTOLAR

İş yerində ciddi dress-kod olmayanlar daha şanslıdır. Çünki onlar istədiyi azad və rahat geyimi seçmək şansına sahibdirlər. İş yerinizdə sərbəst geyinməyə icazə versələr də, cins şalvarları ciddi üsluba salaraq rəsmi görünə bilərsiniz.

Publika.Az-ın qadın bölməsi cins şalvarları ciddi üslubda geyinməyin qaydalarını öyrədəcək.

Tünd rənglər - Ofis üçün ən uyğun rəng tünd cinslərdir. Qara, qaranın tonları, tünd göy, tünd boz cins şalvarlar çox sadə göründüyü üçün diqqət çəkməzlər. Xüsusən də qara cinsləri istədiyiniz qədər geyinə bilərsiniz. Tünd göyün də klassik və zərif göründüyünü unutmayın. Ofisdə bol kəsimli şalvarlar geyinmək yerinə, dar kəsimli cinslərə üstünlük verin.

Pencəklə - Cins şalvarı pencəklə birləşdirin. Pencək ciddi və klassik üslubun əsas elementi olduğu üçün idman üslubu sayılan cins şalvarları tənzimləyib əla stil yaratmağa kömək edir. Tünd rəngli şalvarlarla naxışlı, üstündə təsvirlər, printlər olan pencəklər geyinin. Cins şalvarınız açıq rənglərdə olarsa, əksini edin. Yəni, bu halda pencək tünd rənglərdə, naxışsız, bir də maksimum sadə olmalıdır.

Köynək - Geyimin iş yerinə uyğun olmasını istəyirsinizsə, köynəyi cins şalvarın içinə soxun. Daha xanım-xatın görünmək üçün şifon köynəklər istifadə edə bilərsiniz. Bu stili kəmərlə tamamlamağı unutmayın.

Hündür daban ayaqqabılar - Cins şalvarları hündür daban ayaqqabı ilə də geyinə bilərsiniz. Çünki hündür daban ayaqqabılar idman üslubunu aradan qaldırıb zərif görkəm bəxş edəcək. Soyuq havalarda isə dabanı hündür olan çəkmələr geyinin. Həftə sonları gəzintiyə çıxanda cins şalvarları incə baletkalarla uyğunlaşdırın.

Jaketlər - Jaketlər də pencəklər kimi insanı ciddi görkəmə salır. Daha eleqant görünmək üçün jaketin altına dar köynək geyinin. Belinizə isə kəmər taxa bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR