Məryəm Üzərli: "İsa xristian, Məhəmməd müsəlman deyildi"
Bizi izləyin

Qadın

Məryəm Üzərli: "İsa xristian, Məhəmməd müsəlman deyildi"

“Mühteşem yüzyıl”-ın sevilən aktrisası Məryəm Üzərli “İstaqram”da paylaşdığı bir mesajla gündəm yaradıb. Belə ki, paylaşdığı mesaj təqibçilərinin hiddətinə səbəb olub.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Üzərli sosial şəbəkədə “İsa xristian deyildi. Məhəmməd müsəlman deyildi, Buda Buddist deyildi. Onlar sevgini öyrədən müəllimlərdi. Onların dini sevgiydi” yazıb. Bu status təqibçiləri yaman qəzəbləndirib.

Stutasa “Boş-boş danışma”, Sevgi sözü yazacam deyə həddini aşdın” kimi şərhlər yazaraq Üzərlini tənqid ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm