• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bal pəhrizi ilə ayda 5 kq arıqlayın

  • Qadın
  • 5 Aprel 2014 14:55
  • 1 162 Baxış
Bal pəhrizi ilə ayda 5 kq arıqlayın

Havalar istiləşirsə, deməli geyimlərimiz də nazikləşir. Bu halda isə bədəndə olan qüsurları qalın qış geyimləri ilə gizlətmək mümkün deyil. Xanımlar yaz və yay aylarında arıqlamaq üçün əlindən gələni edir. Bəs yaz aylarında sağlam şəkildə arıqlamaq üçün hansı pəhrizi saxlamaq lazımdır?

Publika.Az-ın qadın bölməsi Türkiyə mətbuatına istinadən yaz ayları üçün nəzərdə tutulan bal pəhrizinin reseptini təqdim edir:

Dietoloqlar bizə şirniyyatlardan uzaq durmağı söyləsə də, bal haqqında eyni fikirdə deyillər. Çünki öskürək və bir çox xəstəliyin dərmanı olan bal, ideal bədən quruluşuna qovuşmağa, eyni zamanda arıqlamağa da kömək edir. Şəkər yerinə bal istifadə etsəniz, həm qan şəkərini tənzimləyər, həm də uzun müddət aclıq hiss etməzsiniz. Bal toxluq hissi verir. Başqa pəhrizlərdən fərqli olaraq, bal sizi yorğun və halsız hiss etməyə qoymur. Əksinə, qan şəkərini tənzimlədiyi üçün daha enerjili və gümrah olarsınız. Bir sözlə, qışda aldığımız artıq çəkilərə əlvida demək üçün əla pəhrizdir. Kalorisi yüksək qidalardan isə uzaq durmaq lazımdır.

Təbiətin möcüzəsi bal ilə sağlam şəkildə arıqlaya bilərsiniz.

Pəhriz üçün əsl və keyfiyyətli bal tələb olunur. Hər səhər bir stəkan suya limon və yarım çay qaşığı bal əlavə edərək için. Hər gecə yatmazdan əvvəl 2 qaşıq bal yesəniz, gündüzlər nə yediyinizə diqqət etsəniz, istədiyiniz çəkiyə çox qısa müddətdə nail ola bilərsiniz. Əlbəttə, idman etməyi də yaddan çıxarmayın.

Bal pəhrizini kimlər saxlaya bilər?

Bal pəhrizini yüksək təzyiqi olan xəstələrdən başqa hamı saxlaya bilər. Şəkər xəstələri də həkimləri ilə məsləhətləşib tətbiq etməlidir. Pəhriz saxlayanların əsas məqsədi, tez bir zamanda deyil, sağlam şəkildə arıqlamaq olmalıdır. Bal pəhrizi 3,5 kq-dan- 5 kq-a qədər çəki atmağa kömək edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR