Qadın
Balın saça faydaları
Balın tərkibində təbii nəmləndirici olduğu üçün həm dərinin, həm də saçın nəm ehtiyacını ödəyir. Nəmə doymuş saçlar isə möhkəm və güclü olur, qırılmır və korlanmır.
Balın insan sağlamlığına olan faydalarını saymaqla bitməz. Balın tərkibində eyni zamanda saçlara da həyat verən maddə var. Bal saç köklərini bəsləyərək saçları qüvvətləndirir və qabıq verən saç dərisinin özünə gəlməsinə kömək edir. Bal maskaları korlanmış saçları da sağaldır və möhkəmləndir. Saç tökülməsinin də qarşısını alır.
Balın saça faydaları
Balın saça verdiyi ən önəmli fayda saçları parlaq göstərməsidir. Donuq və solğun saçlara yeni həyat verir. Bir qaşıq bal saçları parıldadır.
Bal saçları qidalandırır və gücləndirir. Bu baxımdan ballı şampunlardan rahatlıqla istifadə edə bilərsiniz. Amma təbii balın yerini heç nə verir. Buna görə də saçınıza bal maskaları tətbiq edin.
Bal saçı nəmləndirdiyi üçün qırılmasına mane olur. Nəmli saçlar isə daha parlaq və sağlam görünür.
Saçı nəmləndirən bal kəpəyin də qarşısını alır.
Saçların uzanmasından həm şikayət edirsiniz, həm də onlara ehtiyacı olduğu nəmi vermirsiniz. Bu problemdən yenə bal sayəsində xilas ola bilərsiniz. Saçların sağlam uzanması üçün bal maskalarından istifadə edin.
Saçınız aşırı dərəcə qabarır və elektriklənirsə ballı maskalar istifadə edin. Saçların qabarmasının qarşısını alacaq.
Sirkəli bal maskası
Sirkənin kəpəyin qarşısını aldığından yəqin ki, çoxunuz xəbərdarsınız. Ancaq balla birlikdə istifadə edildiyi zaman daha faydalı olur. Sirkə ilə balı qarışdırıb saçınıza çəkin. Saçınız həm yumşalacaq, həm kəpəkdən xilas olacaq, həm də sağlam və parlaq görünəcək.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!