Yaddaşı möhkəmləndirən üsullar
Bizi izləyin

Qadın

Yaddaşı möhkəmləndirən üsullar

Hər dəfə nəyi isə itirirsiniz? Özəl günləri yadınızda saxlaya bilmirsiniz? Gün ərzində görməli olduğunuz işləri unutursunuz? Siz təcili olaraq bu yazını oxumalısınız. Yaddaşı möhkəmləndirmək üçün nədən başlamaq lazımdır?

Yediklərinizə diqqət edin - Yaddaşın yaxşı olması üçün beyin yaxşı işləməlidir. Düzgün qidalanmayan zaman isə beyin yaxşı işləmir. Hafizəni gücləndirmək üçün ilk növbədə tərkibi antioksidantla bol olan qidalar yeməlisiniz. Brokoli, ispanaq, tut bu kimi qidalardan bəziləridir. Həmçinin omega-3 də güclü hafizə üçün ən önəmli maddədir. Omega-3 balıq və soya kimi qidaların tərkibində daha çox olur.

Oyunlar oynayın - Yaddaşınızı idman etdirərək onu möhkəmləndirə bilərsiniz. Pazllar və tapmacalar beyni məşq etdirən ən yaxşı idman növləridir.

Yüksək səslə danışın - Yadınızda saxlamalı olduğunuz şeyləri yüksək səslə təkrarlayın. Məsələn, ütünü naqildən çıxaranda yüksək səslə “ütünü naqildən çıxardım” deyin. Belə hər hansı işi gördüyünü yadınızdan çıxartmayacaqsınız. Gördüyünüz işi bir vərəqə qeyd edərək də, onu yaddaşınızda saxlaya bilərsiniz. Həmin qeydləri soyuducunun üstündən asın.

Özünüzə işarələr qoyun - Unutqan insansınızsa, xatırlamalı olduğunuz şeylərə işarələr qoyun. Məsələn, nəyisə xatırlamaq üçün saatınızı sağ qolunuza taxın. Xatırlamalı olduğunuz şeyi telefona qeyd edin.

Hərəkət edin - Sağlam ağıl sağlam bədəndə olur. Bədəniniz nə qədər hərəkət etsə, beyniniz o qədər çox oksigen alar. Beyinə oksigen çox getdiyi zaman daha yaxşı işləyir. İdman etməyə vaxtınız yoxdursa, mümkün qədər çox hərəkət edin.

Yuxu - Yaxşı yaddaş üçün yuxu rejiminə əməl etməlisiniz. Beyinin istirahət edib təzələnməsi üçün gün ərzində ən az 8 saat yatmaq lazımdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm