Qadın
Yazın retro saç stilləri - FOTO və VİDEO
Uzun saçınızı sevdiyiniz üçün onları kəsdirməyə əliniz gəlməyə bilər. Buna baxmayaraq, eyni saç düzümündə gəzməkdən də bezmisiniz. Saçınıza qayçı vurmadan, təkcə saç rezinin köməyi ilə qısa göstərə bilərsiniz. Qısa saç modelinin sizə yaraşıb-yaraşmadığını bu formada öyrənə bilərsiniz.
Bir çox tanınmış insanlar qırmızı xalı üzərində qısa saç bob modellərinə müraciət edir. Lakin bu saçlar saxta bob adlanır. Saxta bobu həm düz, həm də buruq saçlarda tətbiq etmək olar. Bu saç modelini düzəltməyin bir neçə yolu var. Ancaq mən evdə 10-15 dəqiqəyə yığa biləcəyiniz formaları təqdim edirəm.
Nə lazımdır?
Saç rezini, bir neçə saç broşu və saçın formasını itirməməsi üçün saç spreyi lazımdır. Bunlardan başqa saçınızı zövqə görə, düz və ya buruq edə bilərsiniz. Saçlara əvvəlcə istədiyiniz fen ilə forma verin.
Saçınıza istədiyiniz formanı verdikdən sonra aşağıdan at quyruğu yığın. Qatlar varsa, onu sərbəst qoyun və saçın böyük hissəsini aşağıdan rezin yığın. At quyruğunu içə tərəf astaca burmağa başlayın. Saç istədiyiniz uzunluğa gələnə qədər davam edin, istədiyiniz qədər qısaldığı zaman saç broşları ilə yığın.
Saçınızın formasını gün ərzində qoruması üçün saç spreyi vurun.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...