• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınların aşiq olduqunu bildirən 9 nüans

  • Qadın
  • 8 Aprel 2014 02:42
  • 2 015 Baxış
Qadınların aşiq olduqunu bildirən 9 nüans

1. Günə hər zamankındən daha tez başlarsınız. Sanki özünüzü günlər boyu yatmış kimi hiss edər və çox formada olarsınız.

2. Gözlərinin içi gülməyə başlar, yanaqlarınız çəhrayılaşar, çox gözəlləşərsiniz. Sizi görən sevdiyinizi anlar. Musiqi qədər sevgi də ruhun qidasıdır.

3. Bir anda alış-veriş dəlisi olarsınız. Amma bu tam bir dəlilik mərhələsidir. Yeni geyimlər, ətirlər və makiyaj vəsaitləri alarsınız.

4. Diqqət etmədiyiniz kilolarınız can düşməniniz olar. Hər dəqiqə ayna qarşısında onlardan necə xilas olacağınızı düşünərsiniz.

5. İş-güc arxa planda qalar. Həmişə odur düşüncələrinizdə.

6. Sizi görənlər sevgi dolu davranmanıza bir məna verə bilməzlər. Halbuki siz yeni sevginiz sayəsində dünyanın ən xoşbəxt insanısınız. Qoy heç kim sizi anlamasın.

7. Paronayak olub çıxarsınız, yemədən içmədən kəsilərsiniz. Davamlı onu düşünərsiniz.Ya məni aldadırsa, bu gün heç zəng eləmədi, ya başına bir şey gəldisə kimi paranoyyalar çıxararsınız .Onun sizin yanınızda olmadığı zamanları işgəncə saatları halına gətirərsiniz.

8. Onunla keçən müddət nədənsə su kimi axıb keçər. Onu hər gün görmək üçün davamlı yalanlara müraciət edərsiniz

9. Ürək atışlarınız heç cür normala dönməz. Hələ onu görüncə adrenalin miqdarınız maksimum nöqtələrə sıçrayar. Əlləriniz titrəyər, mədənizə ağrılar girər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR