• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məşhur moda simvollarının yaranma tarixi

  • Qadın
  • 8 Aprel 2014 14:10
  • 2 013 Baxış
Məşhur moda simvollarının yaranma tarixi

Versace - simvolu qədim yunan mifologiyasıyla bağlıdır. Onda ilan tərəfindən cildlənmiş Meduzanın başı təsvir olunub - mənfi mifoloji personaj, hansı ki, müşahidə edənləri daşa çevirirdi. Simvol 1978-ci ildə Gianni Versace tərəfindən düşünülüb. Onu həmişə klassik mövzu, tarix və qədim mədəniyyətlər cəlb edirdi. Cənab Versacenin fikrincə, məhz Meduza özündə qaçılmaz meyli təcəssüm edir.

Lacoste - Bu qədim tarix və hörmətə malik olan markalardan biridir. Markanın simvolu - kiçik yaşıl timsahdır. 1993-cü ildə Jean Rene Lacoste tennis oyunu üçün koftalar istehsal edən şirkətin əsasını qoyub. O özü məşhur tenisçi idi və idman dairəsində o Alliqator ləqəbi ilə məşhur idi. Bir dəfə Jean Renenın dostlarından biri zarafatyana kiçik timsah çəkir. Sonradan həmin timsah bu gün hər kəsə məhşur olan markanın simvolu olur.

Chanel - Bütün qadınların vurğun olduğu markanın simvolu iki əks istiqamətdə qoyulan C hərflərindən ibarətdir. İlk dəfə bu simvol 1925-ci ildə dünyaya təqdim edilib. Hazırda həmin təsvir dünyanın ən məşhur ətirlərdən biri olan Chanel 5 şüşəsinin və bir çox geyimlərin üzərində əks olunub.

Simvolun yaradılmasının tarixi haqqında iki versiya mövcuddur. Onlardan birinə əsasən Mixail Vrubel hələ 1886-cı ildə iki cildlənmiş nal təsvir edir, sonralar da markanın simvolu olur. İkinci versiyaya görə, iki hörülmüş nal uğurun və müvəffəqiyyətin nişanıdır. Əsas həqiqət brendin yaradıcısının adının baş hərfləri ilə bağlıdır. Belə ki, Coco Chanel simvolu markanı yaradanın adının ilk hərflərini əks etdirir.

Calvin Klein - 19 noyabr 1942-ci ildə əsası qoyulmuş dəbli markadır. Simvol eyni zamanda düşünülsə də, bəzi səbəblərdən 30 il naməlum qalır. 30 ildən sonra dizayner yeni cins geyiminin kolleksiyasında markanın simvolunu göstərir. Hər cinsin dal cibində iki hərf yerləşir – CK. Markanın adıyla birbaşa assosiasiya edən simvolu yadda saxlamaq asandır. Ancaq daha sonra o yalnız markanın işarəsi kimi deyil həm də kolleksiyalar bölməsi üçün istifadə olunmağa başlanır. Beləcə boz rəngli simvol - gündəlik geyim kolleksiyalarında və ağ – idman geyim kolleksiyalarında istifadə olunur.

Hermes - Fransız markasıdır. Markanın simvolunda araba ilə at təsvir olunub. Bu işarə şirkət üçün olduqca simvolikdir. Belə ki, Hermes ailəsi onların şirkəti vaxt ötdükcə necə inkişaf etdiyini göstərməyə çalışır.

Burberry Prorsum - əfsanəvi markanın tarixi 1856-cı ilə aiddir. Həmin vaxt Thomas Burberry hazır geyimlə ticarət edən öz birinci mağazasını açır. Dizayner su keçirməyən materialı yaradan texnologiyanı ixtira edir. Qabardin - əsgərlər üçün plaş və paltonun istehsalında ondan istifadə edir. 1901-ci ildə Burberry böyük miqdarda daimi sifarişə malik idi. Bütün geyimlərdə yeni simvol özünü göstərir, bayraqla cəngavərin fiquru və üzərində "Porsum" sözü yazılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR