Yazın ayaqqabı dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ayaqqabı dəbi - FOTOLAR

Oxford ayaqqabılar necə geyinilir?

Oxford və Brogue ayaqqabılar modapərəstlərin sevilən geyimlərindən biridir. Yaz ayaqqabı dəbində oxford modellərin də xüsusi yeri var. Çoxları bu modelləri kişi üslubuna yaxın olduğu üçün geyinməyə çəkinir. Amma onları geyimlərlə düzgün uyğunlaşdırsanız, çox cazibədar görünə bilərsiniz.

Bu ayaqqabılarda ayaqlarınızın daha da qısa görünəcəyindən narahatsınızsa, karamel, açıq və dəri ilə eyni olan tonlara müraciət edin. Taylor Svift də bu ayaqqabıların pərəstişkarıdır. Onları çox gözəl birləşdirə bilir.

Mini ətəklərlə - Mini ətəklə oxford ayaqqabılar mükəmməl görünür. Onları uyğunlaşdırmaq da çox asandır. Qara corab, qara oxford ayaqqabıları uyğunlaşdıraraq ayaqlarınızın uzun görünməsini təmin edə bilərsiniz.

Donlar - Oxford ayaqqabıları donlarla da geyinə bilərsiniz. Naxışlı, güllü, təsvirli donlarla gözəl görünür. Hətta uzun donlarla da eleqant görünür. Lakin boyu qısa olanlara o qədər də məsləhət görülmür.

Dar şalvarlarla - Dar şalvarlarla oxford ayaqqabılarının uyğunluğu həqiqətən də gözəl görünür. Ancaq balaqlarını qatlamağı unutmayın.

Bol şalvarlar - Bol kəsimli cins şalvarlarla da gözəl görünür.

Rəng oyunları - Rəngləri qarışdırmağı xoşlayırsınızsa, ayaqqabını da fotodakı kimi pencəyiniz ilə eyni rəngdə seçin.

Şortlar - Bu ayaqqabıları şortlarla da geyinə bilərsiniz. Materilanın nə olmasının fərqi yoxdur. Bu kombin qısa boylular üçün idealdır.

Plaşlar - Fərqli stillərə üstünlük verirsinizsə, klassik plaşları oxford ayaqqabılarla birləşdirin. Bu stilə şapka əlavə etsəniz, daha eleqant görünərsiniz.

Beysbol kurtkası - Bu kurtkaların dəbdə olduğu haqqında çox danışmışam. Oxford ayaqqabıları ilə əla qalır.

Corablar - Oxford modellərini uzun corablarla geyinə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm