Hansı maddələr dişlərə ləkə salır?
Bizi izləyin

Qadın

Hansı maddələr dişlərə ləkə salır?

Dişlərdəki sarımtıl ləkələr dişlərə yaxşı qulluq edilməməsinin nəticəsində yaranır. Əgər adam çoxlu çay və qəhvə içirsə, siqaret çəkirsə, spirtli içkilərdən istifadə edirsə və dişlərini fırçalamırsa dişlərin üzərində ləkələr meydana gəlir. Yaranan ləkələr diş minasının pozulmasından, diş üzərindəki cızıqlardan, ağız təmizliyinə səhlənkarlıqdan da meydana gəlir.

Bunun üçün diş təmizləmə prosedurlarına fikir verməli, dişləri vaxtında və düzgün fırçalamaq lazımdır. Dişlər təmizlənmədiyi zaman ətrafında bakteriyalar və yemək artıqlarından ibarət yapışqanlı və rəngsiz bir bakteriya təbəqəsi yığılır. Bu da dişlərə yapışaraq zamanla dişlərin saralmasına səbəb olur. Bakteriyalarla ən yaxşı mübarizə üsulu ona lazım olduğu qulluğu göstərməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm