• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Möcüzəli bitki yağlarının saça faydaları

  • Qadın
  • 11 Aprel 2014 18:55
  • 6 654 Baxış
Möcüzəli bitki yağlarının saça faydaları

Saç baxımında təbiiliyin tərəfindəsinizsə, möcüzəvi yağların mükəmməl gücünü kəşf etməlisiniz. Saçı ağırlaşdırmayan, nəmləndirən, yumşaqlıq qazandıran və gücləndirən bu yağlar gözəllik rituallarının əsas hissəsi olacaq.

Shea yağı - Shea yağı boyanmamış saç üçün mükəmməl saç kremini əvəz edir. Adətən, buruq saçlar üçün istehsal edilən şampunların da tərkibində olur. Shea yağı saçı ağırlaşdırmadan yumşaldır və saç tellərinin qırılmasına mane olur.

Kakos yağı - Saçlarınız qırılmağa meylidirsə və qurudursa, bu zaman kakos yağından istifadə etməlisiniz. Hind yağı deyilən kakos saçın dibini möhkəmləndirir, onun korlanmasının qarşısnı alır. Bu möcüzəli yağı eyni zamanda saçı yumazdan əvvəl maska kimi çəkmək də olar.

Jojoba yağı - Jojoba yağı saça təbii yumşaqlıq və parlaqlıq bəxş edir. Saça həcm qazandıran bu yağ çəkildiyi zaman yapışqan iz qoymur. Saç dəriniz qurudursa, jojoba yağı ilə nəmləndirə bilərsiniz.

Zeytun yağı - Zeytun yağı saç kremləri, maskaları və yağları arasında bir nömrəli gözəllik vasitəsidir. Bu möcüzəli yağ saça təbii elastiklik qazandırır və saç tellərini gücləndirir. Eyni zamanda saç təbii yumşaqlıq verir və saçın dibini möhkəmləndirir.

Aloe vera yağı - Aloe vera yağı saçın uzanmasına kömək edən yağlardan biridir. Saçı nəmləndirən bu yağ eyni zamanda kəpəyin də qarşısını alır. Buruq saçları açmaqda çətinlik çəkirsinizsə, aloe vera yağını qarışdırıb saçlarınıza çəkin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR