Hər qızın yaz qarderobunda nələr olmalıdır?
Bizi izləyin

Qadın

Hər qızın yaz qarderobunda nələr olmalıdır?

Hər dəfə mövsüm dəyişəndə biz xanımlar eyni sual üzərində baş sındırırıq. Qarderobumuz dolub-daşsa da geyinməyə heç nə tapmırıq. Dəbin yenilikləri bizi köhnələrlə qane olmağa qoymur. Yeni mövsümün dəbi onu köhnə ilə uyğunlaşdırmağa icazə vermir. Publika.Az-ın qadın bölməsi yazın əsas dəbini təşkil edən geyimlərin siyasını araşdırıb. Modanı izləyənlər üçün ideal seçimlər var...

Metal rəngli detallar - Metal və gümüşü tonlar artıq gündəlik geyimlərə də köçürülüb. Sadəcə, daha yumşaq tonları seçmək lazımdır. Məsələn, bu qırçınlı ətək gündəlik stil üçün çox rahatdır. Onu diqqət çəkməyən köynəklə uyğunlaşdırıb gündəlik istifadə edə bilərsiniz. Daha fərqli köynəklə gecə tədbirlərinə də geyinə bilərsiniz.

2014 ilkbahar yaz sezonunda gardrobunuza eklemeniz gereken 6 parca07

Şəffaf geyimlər - Şəffaf geyim dəbi öz hakimiyyətini bu yazda da davam etdirəcək. Bu tərzi seçmisinizsə, aşırıya qaçmayın. Ancaq bir detal, dekolte isə olmaz. Məsələn, bu tünd köynəyi istənilən sadə şalvarla birləşdirə bilərsiniz.

2014 ilkbahar yaz sezonunda gardrobunuza eklemeniz gereken 6 parca08

Kombinezon - Sadə ya şəkilli olmasının fərqi yoxdur. İki ayrı geyimi bir-birinə uyğunlaşdırmaq fantaziya tələb edir. Buna baxmayaraq, təkcə kombinezon geyinmək çox dəbdədir. Eleqant görünmək istəyirsinizsə, ona uyğun aksessuarlar seçin. Məsələn, yumşaq rəngli kombinezonu istənilən ayaqqabı ilə uyğunlaşdırmaq olar.

2014 ilkbahar yaz sezonunda gardrobunuza eklemeniz gereken 6 parca06

Ağ rəngin məsumluğu - İndi ağ rəngi geyinmək üçün baharı gözləmək lazım olmasa da o, yazın əsas rəngi olaraq qalır. Bədən quruluşunuza güvənirsinizsə, başdan ayağa ağ geyinin. Əgər bədən qruluşunuz bütünlüklə ağ geyinməyə icazə vermirsə, bir neçə detalı ağ rəngdə seçmək imkanınız var. Balağı qatlanmış şalvarlar və kaprilər dəbdədir. Bu şalvar ağ rəngdə olarsa, daha gözəl görünər.

2014 ilkbahar yaz sezonunda gardrobunuza eklemeniz gereken 6 parca05

Əlvan rənglər - Əslində, bu rənglərdə geyinməyə cəsarət edənlərin sayı çox azdır. Amma bu ilin dəbi daha yumşaq rəngləri diktə etdiyi üçün o qədər də diqqət çəkmir. Əlvan rəngləri neytral rənglərlə uyğunlaşdırmağı unutmayın. Məsələn, klassik, əlvan rəngli ətəyi cins köynəklə birləşdirmək olar.

2014 ilkbahar yaz sezonunda gardrobunuza eklemeniz gereken 6 parca03

Güllü idman ayaqqabıları - Bu mövsüm çiçək təsvirləri hər yerdə öz sözünü deyir. Çiçək təsvirləri, hətta idman ayaqqabılarına qədər gəlib çıxıb. Təkrəng don şalvar və şortlarla mükəmməl görünür.

CLX040110_107

Oxumağa davam et
Reklam
Reklam

Gündəm