Zərərli və faydalı gözəllik məsləhətləri
Bizi izləyin

Qadın

Zərərli və faydalı gözəllik məsləhətləri

Publika.Az-ın qadın bölməsi bu dəfə ən inanılmaz gözəllik sirlərini araşdırıb.

Səhvdir: Saçları gündə 10 dəfə daramaq onları daha parlaq və sağlam edir!

Saçları mütəmadi olaraq daramaq saçların sağlamlığına və dibinin möhkəmlənməsinə qətiyyən təsir göstərmir. Üstəlik ucuz daraqlar saç uclarının qırılmasına yol açır. Saçı daradıqdan sonra barmaq ucları ilə dərini masaj edin. Masaj qan dövranını sürətləndirir və saç köklərini qidalandırır.

Düzdür: Çay gözlərdəki şişi azaldır

Çay kompresi gözlərin yorğunluğunu aradan qaldırır. Çünki çayın tərkibində şişi azaldan və ağrını sakitləşdirən maddələr var. İki dənə çay paketinin üstünə isti su əlavə edib dəmlənməsini gözləyin. Soyuduqdan sonra gözlərin üstünə qoyub 5 dəqiqə gözləyin.

Səhv: Yerkökü dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur

Yerkökü yeməklə günəşin mənfi şüalarından qorunmaq mümkün deyil. Günəşin mənfi şüalarından qorunmaq üçün yüksək faktorlu qoruyucu kremlər çəkməlisiniz. Yerkökünün təkbaşına heç bir faydası olmasa da, günəşdən qoruyucu faktorlarla birlikdə istifadə edildiyi zaman möcüzələr yaradır. Çünki yerköküdəki “beta-karoten” dərinin qaralmasını sürətləndirir.

Səhv: Limon suyu çilləri yox edir!

Limon suyu həssas dərinin qabıq verməyinə səbəb olur. Üzünüzdə çillər varsa, yenə yüksək faktorlu günəş şualarından qoruyan kremlər çəkməklə özünüzü qorumuş olarsınız. Limon suyunu diz və dirsəkləri həm yumşaltmaq, həm də qara ləkələri aradan qaldırmaq məqsədilə istifadə edə bilərsiniz.

Doğru: Qəhvə selulitlərlə mübarizə aparır

Qəhvə iki tərəfi iti uclu bıçağa bənzəyir: çox içdiyiniz təqdirdə, dəriniz portağal qabığı kimi görünə bilər. Bir tərəfdən də selulitlərin qarşısını alan kremlərin çoxunun tərkibində kofein var. Hansı ki, dərinin gözəlləşməsinə xidmət edir. Hər gün 1 fincandan artıq qəhvə içmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm