Vitaminli balqabaq maskası
Bizi izləyin

Qadın

Vitaminli balqabaq maskası

Qış mövsümündə dərinin iki qat daha artıq qulluğa ehtiyacı yaranır. Lazım olan nəm verilməzsə, quruyan və qızaran dərini balqabaq maskası ilə sağlam hala gətirə bilərsiniz. Maska quru dəriləri nəmləndirməklə birlikdə, dərini daha parlaq və hamar edir. Maska dərinin ehtiyacı olduğu A və C vitamini ehtiyatı ilə təmin edir.

Lazım olan ərzaqlar:

2 yemək qaşığı balqabaq pürəsi

1 yumurta ağı

Maskanın hazırlanması:

Əvvəlcə bir dilim balqabağı əzərək pürə halına salın. Yumurtanın ağını balqabağın içinə əlavə edin və yaxşıca qarışdırın. Təmiz dəriyə çəkin və ən az 15 dəqiqə gözləyin. Sonra üzünüzü ilıq su ilə yuyun. Maskanı üzünüzə çəkməzdən əvvəl biləyinizə çəkib allergiya olub-olmadığını yoxlayın.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm