Yazın ən dəbdəbəli ayaqqabı modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ən dəbdəbəli ayaqqabı modelləri - FOTOLAR

Bahar artıq qəlbimizdə də, gözəl şəhərimizin küçələrində də hiss olunmağa başlayıb. Deməli, qarderobu yeniləməyin və dəbdə olan trendləri ora əlavə etməyin vaxtı çatıb. Publika.Az-ın qadın bölməsi brendlərin mövsümə uyğun olan ən zərif, ən rahat və idman tərzində olan ayaqqabı modellərini araşdırıb.

Lady Dior - Baharı onun rənglərində qarşılayın. Nazik burunlu parıltılı ayaqqabılar ilk baxışdan modapərəstlərin qəlbini fəth edə bilər. Təzə tendensiyanı digər brendlər də dərhal təkrarlamğa başlayıb. Belə ki, “Christian Louboutin”-dən “Zara”-ya qədər bir çox brendlər yeni kolleksiyalarında məhz bu modelə müraciət ediblər.

Christian Dior

Christian Louboutin

Gonbul daban - Baharın başgicəlləndirici havalarına ancaq etibarlı hündürdaban ayaqqabılarda tab gətirmək mümkündür. Retro stilində olan ayaqqabılara “Chloé”, “Faith” və başqa brendlərin kolleksiyalarında rast gələ bilərsiniz.

Chloé

Faith


İdman ayaqqabıları - “Chanel”-in əvəzolunmaz dizayneri Karl Leqerfeld sonuncu dəfiləsini idmana həsr etmişdi. “Chanel” “Kenzo” və “Valentino”-nun vitrinlərini bəzəyən ayaqqabılar - sanki müasir incəsənət əsərləridir. Artıq uzun müddətdir ki, gündəlik həyatda idman ayaqqabılarının uyğunluğu barədə aparılan mübahisələr aktual deyil. Biz idman ayaqqabılarını böyük məmnuniyyətlə şalvar və palto ilə birləşdirə bilərik, ən inanılmaz eksperimentlər etməyə çəkinməyən modapərəstlər isə yüngül ətəklərlə geyinə bilərlər.

United Nude

Kenzo

Yüngül və qısa çəkmələr - Kişi üslubunda olan çəkmələr artıq ikinci mövsümdür ki, dəbin zirvəsində qalır. Modelyerlər həm kişi tərzində tikilən kostyumlarla, həm də ipək paltarlar və ətəklərlə daşımağı məsləhət görür. Xüsusi ilə də “Balenciaga” -dan olan çəkmələr aktualdır.

Freda Salvador

H&M

Arxası açıq ayaqqabılar (sabolar) - 50-ci illərin ən sevilən modelləri dizaynerlərin 2014-2015-ci ilin kolleksiyalarında da yer alıb. Gianvito Rossi, Alexander Wang və başqa kolleksiyalar bu modellərə yer verib.

Gianvito Rossi

Alexander Wang

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm