Yoğun belini birdən-birə incəldən məşhurlar - FOTOLAR
Bizi izləyin

Qadın

Yoğun belini birdən-birə incəldən məşhurlar - FOTOLAR

Bəzi məşhurların indiki görkəmlərinə baxdığımız zaman köklüklərindən əsər-əlamət qalmadığını müşahidə edərik. Bəziləri pəhriz, bəziləri idman edərək, bəziləri isə imicini dəyişərək özlərini başdan yaradıblar. Bəli, pul çox qüdrətli mövhumdur. O, insanı hətta dünyalar gözəlinə də çevirə bilər... Publika.Az-ın qadın bölməsi məşhur olduqdan sonra imicini dəyişən, hamiləlikdən sonra artıq çəkilərdən xilas olub belini incəldən məşhur qadınların siyahısını araşdırıb.

Christina Aguilera - Heyranları onun aldığı artıq çəkiləri kəskin tənqid etmişdi. Bundan sonra ifaçı xarici görkəmində inanılmaz dəyişiklik edir. Nəticə göz qabağındadır.

Artıq çəkiləri ilə başı dərddə olan digər məşhur da Kelly Osbournedir. O, idman edərək arıqlayıb. Fərqli saç stili ilə özünü başdan yarada bilib.

Carrie Undervood - Stilistlərin köməyi nəticəsində adi geyim tərzindən xilas ola bilib.

Kim Kardashian - Kim Kardashian hamiləlikdə aldığı çəkilərdən dolayı böyük əziyyət çəkirdi. Amma o, bütün günü idman və pəhriz edərək bu çəkilərdən xilas ola bilib.

Jordin Sparks - Tərzini və bədən quruluşunu dəyişdirən məşhurlardan biri də Jordin Sparksdir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm