Qadın
Keçən həftənin ən dəbli xanımları - FOTOLAR
Qadınları məşhurların stilləri və geyimləri çox
maraqlandırır. Onlar fərqli stilləri ilə haradasa, geyim zövqünün
formalaşmasına xidmət edirlər. Bunu nəzərə alaraq keçən həftənin ən
dəbli xanımlarını araşdırmışam. Baxaq, görək keçən həftənin ən
dəbli xanımları kimlər olub:
Zolaqlı geyimlər - Bu stildən belə məlum olur ki, zolaqlı geyimlər qadınların qarderobunu işğal edəcək. Birinci şəkildə Reese Vitherspoon zolaqlı köynəyi cins şalvar və qırmızı ayaqqabı ilə birləşdirib. Kourtney Kardashian zolaqlı köynəyi klyoş ətəklə uyğunlaşıdırıb. Alice Olivianın ətəyi diqqət çəkir. Miranda Kerr isə hər zamankı kimi “casual” (gündəlik və rahat) stilə bürünüb.
Mavi və ağ - Pastel tonları və mavi, məşhurların ən çox üstünlük verdiyi rənglərdəndir. Keçən həftə işləməli mavi geyimlər diqqət çəkib. “Giambattista Valli” dən olan mavi qaşlarla bəzədilən ağ rəngli paltar Kate Bosvorth-ə çox yaraşır. Geyimi gümüşü ayaqqabılarla tamamlayıb. Alesha Dixon və Mena Suvari ağ rəngli ətəyi qısa köynəklərlə biləşdiriblər.
Tünd göy - Keçən həftə tünd göy daha aktual olub. Hilary Rhoda tünd göy rəngli krujevalı ətəyini yun köynəklə birləşdirib. Dəniz stili Hannah Simone çox yaraşır. Nikki Reed tünd göy şifon paltarını gümüşü klatç və çəhrayı ayaqqabılarla birləşdirib.
Sarı - Brooklyn Decker “Valentino”-dan olan krujevalı kombenizonu ilə diqqət çəkir. Kombenizonu “Saint Laurent”-dən olan səndəllərlə uyğunlaşdırıb. Emma Stonenin geyindiyi sarı libas isə “Versace” modalar evinə məxsusdur.
Açıq çəhrayı - Açıq çəhrayı bu gözəllərin: Emmy Rossum, Rosie Huntington-Vhiteley və Sarah Hyland hər üçünə çox yaraşır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK