Retro stilində olan dəbdəbəli axşam çantaları - FOTOLAR
Bizi izləyin

Qadın

Retro stilində olan dəbdəbəli axşam çantaları - FOTOLAR

2014-cü ilin yaz çantaları heç vaxt olmadığı kimi rəngarəng və müxtəlifdir. Ətir flakonları, meyvə şəklində dəri rükzakları və qurşaqda tutulan çantalar, klatçlar və.s.

Gündəlikdə hansı çantaların dəbdə olduğu haqqında dəfələrlə yazmışam. Bu gün isə gecə ziyafətlərində geyimi tamamlayan ən zərif və incə çanta dəbindən bəhs edəcəyəm. Gecə libasları müşayiət edən çantalar arasında da retro stilinin təsiri kəskin şəkildə hiss olunur. Onlar arasında uzun zəncirli, üstü tamamilə muncuqla örtülmüş, saçaqlı və dəbdəbəli axşam çantaları göz oxşayır. Valentino-nun retro stilində olan klatçları və ya Jimmy Choo çantası ipək paltarla bir-birinə əla uyğunlaşır. Onu mirvari boyunbağı, uzun krujevalı əlcək və şlyapa ilə tamamlaya bilərsiniz.

Jimmy Choo

Valentino

Valentino

Jimmy Choo

Publika.Az-ın qadın bölməsi Jimmy Choo, Diane von Furstenberg, DKNY, Bulgari, Prada, Dolce & Gabbana, Valentino kimi məşhur brendlərin retro stilində olan çanta modellərini təqdim edir.

Dolce & Gabbana

Dolce & Gabbana

Oxumağa davam et
Reklam
Reklam

Gündəm