İlk görüşdə nə yemək olmaz?
Bizi izləyin

Qadın

İlk görüşdə nə yemək olmaz?

İlk görüş hər iki tərəf üçün çox vacibdir. Həm qadının, həm kişinin ilk görüşdə yaratdığı təəssürat sonradan onların münasibətlərinin gedişatını həll edir. İlk görüşdə necə hərəkət etməli olduğunuz və geyimləriniz kimi, sifariş verəcəyiniz yeməklər də əhəmiyyət kəsb edir. Belə ki, ilk görüşdə sifariş verilməməli yeməklər var. Əgər 2-ci və 3-cü görüşlərin də gəlməsini istəyirsinizsə, bu yazını mütləq oxuyun. Lakin bilin ki, münasibətlərinzin düzəldəndən, daha yaxın olandan sonra bu yeməkləri sifariş verməkdə heç bir qadağa yoxdur.

Sarımsaqlı yeməklər - İçində və ya sousunda sarımsaq olan hər hansı yeməklərdən uzaq durmalısınız. Sarımsaq qoxulu yeməyi sizinlə ilk dəfə görüşən kişinin qarşısında yemək bir xanıma yaraşmayan cəhətdir.

Spagetti - Xüsusən də pomidorlu spagettidən uzaq durmaq tövsiyə edilir. Ağız-burnunuza bulaşan pomidor sousu eyni zamanda geyimlərə də sıçraya bilər. Ketçap olmasa belə, ilk görüşdə spagetti yediyinizi təsəvvür edin...

Toyuq qanadı - Əllə yemək məcburiyyətində olduğunuz və dişlərinizin arasında qalma ehtimalı olan ət yeməkləri yesəniz, olduqca kobud görünərsiniz.

Salat - Pəhrizdə olsanız belə, onu bir dəfə pozmaqdan heç nə olmaz. Təkcə salat yeməklə özündən məmnun olmayan bir imic yaradarsınız. Həm də kişilər iştahalı qadınları daha çox sevirlər, pəhriz saxlayan qadın tipləri isə onlara darıxdırıcı gəlir.

Pendirli pomidor şorbası - Əriyən pendir sizi ilk imtahanda kəsəcək. Uzanan pendirlə əlləşərkən çox da füsunkar görünməyəcəksiniz.

Tiramisu ya da kakaolu tort - Onların tərkibinə qatılan kakao təhlükə saçır. Kakao geyimin üstünə ləkə sala bilər. Dişlərinizdə qalan kakao gülümsəməyə mane olacaq. Nəticəni isə özünüz təsəvvür edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm