Çiyələk maskası ilə dərini təravətləndirin
Bizi izləyin

Qadın

Çiyələk maskası ilə dərini təravətləndirin

Dərini bahara hazırlamağa nə deyirsiniz? Qışın soyuğundan zərər görmüş və təravatəni itirən dərini parlaq və sağlam görünməsinə yardım edən çiyələk maskasının reseptini təqdim edirik:

Ərzaqlar:

Yarım kasa təzə çiyələk

1 yemək qaşığı süd

1 yemək qaşığı düyü unu

Hazırlanması:

Çiyələkləri yarpaqlarından ayırın və yaxşıca qarışdırın. Təmizlədiyiniz çiyələkləri əzin. Südü və düyü ununu əzdiyiniz çiyələklərin içinə əlavə edin və krem halına gələnə qədər qarışdırın.

Tətbiqi:

Maskanı üzünüzə çəkməzdən əvvəl dərini kirdən və makiyajdan təmizləyin. Daha sonra üzünüzə və dekolte hissəsinə maska çəkin. Maskanı 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın. Bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm