Bu yaz hansı rənglər dəbdədir?
Bizi izləyin

Qadın

Bu yaz hansı rənglər dəbdədir?

2014-ün yay rəngləri həyatımızı rəngləndirəcək. Belə ki, açıq rənglər bu yaya damğasını vuracaq. İncə çəhrayı, zərif yaşıl, açıq sarı bluzlarda və donlarda özünü göstərəcək. Publika.Az-ın qadın bölməsi Türkiyə mətbuatına istinadən yazın və yayın dəbdə olan rənglərini təqdim edir:

Xüsusən də narıncı və nar çiçəyi rəngləri qışdan bu tərəfə qadınların qarderobunun əsas rəngi sayılır. Gümüşü tonlarda çanta və ayaqqabı kimi aksessualardan əlavə, geyimlərin detallarında da diqqət çəkir.

Parlaq bənövşəyi və açıq mavi də bu yaya damğasını vuran rənglər arasındadır. Ət rəngi, ağ, qum və karamel tonları da mövsümün ən çox istifadə edilən rəngləri arasındadır.

Yumşaq tonlu yüngül parçalar yazın və yayın trendidir. Bu yaz parçaları daş-qaşlar deyil, tropik çiçək təsvirləri bəzəyəcək. Ağ-qara sintezi isə hər mövsüm olduğu kimi yazın da klassik trendləri arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm