Dünyanın ən qiymətli aksesuarı - FOTOLAR
Bizi izləyin

Qadın

Dünyanın ən qiymətli aksesuarı - FOTOLAR

Taclara böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən vacib aksesuarı deyə bilərik. Publika.Az-ın qadın bölməsi bu gün kraliça və şahzadələrin daşıdıqları, çox az insana nəsib olan taclar haqqında danışacağam. Taclar çox özəl və dəyərli qaşlarla, brilliantlarla bəzədilən zinət əşyalarından daha qiymətli və bahalıdır. Qiymətli taclar əslində, bir miras kimi nəsildən-nəsilə ötürülür. Qız övladına, ya da oğlanın həyat yoldaşına keçir. Amma kraliça tacları mütləq daha təmtəraqlı və ehtişamlı olmalıdır. Daha doğrusu, görkəmi, ehtişamı öz üzərində daşıdığı halda eyni zamanda çox nəfis və zərif görünməlidir.

Müasir tarixdə kraliça Elizabetin tacları həm özəl, həm də çox bahalıdır. Kübarlığı və zadəganlığı ilə tacları layiq olduğu kimi öz üzərində daşıya bilir. Amma prensessa dedikdə ağla ilk olaraq Prenses Dinanın tacı gəlir. Kədərli şahzadəyə taclar çox yaraşırdı.

Bütün qadınlar belə gözəl tacı daşımaq istəyər. Amma Dinanın həyat hekayəsi çox kədərlidir və heç bir qadın heç vaxt qəm-qüssə dolu həyat arzulamaz. Yəni möhtəşəm və təmtəraqlı kraliça tacları həyat səviyyəsini və standartlarını artırsa da xoşbəxt olacağınıza dair zəmanət vermir.

Kate Middletonun da toyunda taxdığı tac böyük diqqət çəkmişdi. Krallıq ailəsinə məxsus olan tac yüz illərdir ki, gəlinlərin daşıdığı tacdır.

Çox tanınmış kraliça və şahzadələrin taclarından başqa, qədim dövrlərdən qalma orijinal kraliça tacları da var. Əslində, tacların dizaynı və modelləri dəyişsə də mahiyyəti dəyişmir. Belə ki, bu tac kraliçanın statusunu müəyyən edən əşya olaraq alır. Lakin müasir dövrün tacları daha modern və sadə olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm