Düzgün aksesuarı necə seçməli?
Bizi izləyin

Qadın

Düzgün aksesuarı necə seçməli?

Aksesuarlar sadə geyimi daha təmtəraqlı, eyni zamanda zərif göstərmək məqsədi daşıyır. Lakin səhv seçilmiş aksesuar heç xoş olmayan görkəm verə bilər. Adətən gündəlik həyatda istifadə etdiyimiz aksesuarlar xarekterimizi əks etdirir. Buna görə də aksesuar seçimi çox önəmlidir. Publika.Az-ın qadın bölməsi aksesuarlardan düzgün istifadə etməyin qaydalarını izah edəcək.

Bilərziklər, kolyelər və sırğalar - Qadın aksesuarları arasında birinci növbədə bijuteriyalar gəlir. Bijuteriyalar ən sadə geyimi belə bənzərsiz edə bilər. Sadəcə olaraq onları həm geyimə, həm də bədən tipinə uyğun şəkildə istifadə etmək lazımdır. Məsələn, üz forması yumru olanlara halqa sırğalardan uzaq durmağı tövsiyə edilir. Böyük sırğalar sadə geyimlərlə uyğunlaşdırılmalıdır. Eyni anda həm böyük sırğa, həm də iri sırğa və kolyelər taxmaq olmaz.

Saat və eynəklər - Hər yeni mövsümdə bir-birindən fərqli və modern üslubda eynək və saat modelləri çıxır. Eynəyi üzünüzün böyüklüyünə görə, saatı isə geyimin rəngləri ilə uğun olmasına diqqət edin. Onlar geyimin təmtəraqlı görünməsində xidməti olan əvəzolunmaz aksesuarlardır.

Kəmərlər - Geyimə zəriflik bəxş edən incə aksesuardır. Gündəlik üsluba toxunma, parça və ya ipli kəmərlərdən istifadə edərək geyimlərə bəzək verə bilərsiniz. Ziyafət libaslarında isə zəncirli kəmərlər daha uyğundur.

Papaqlar - Papaqları və şlyapaları adətən soyuqdan donmamaq üçün taxırıq. Amma geyimə uyğun olan papaq sizi daha gözəl göstərə bilər. Papaqları mövsümün dəbinə və rənglərinə uyğun seçin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm