Arıqlamağa kömək edən bahar meyvələri
Bizi izləyin

Qadın

Arıqlamağa kömək edən bahar meyvələri

Bahar təkcə təbiətə gözəllik, istilik gətirmir, o həm də möcüzəli, ləzzətli və arıqlamağa kömək edən meyvə-tərəvəzlər bəxş edir. Lifli və vitamin ehtiyacını ödəyən bu meyvə və tərəvəzləri mətbəxdən əskik etməyin.

Çiyələk – Arıqlamağa kömək edən yaz meyvələrinin başında çiyələk gəlir. Çiyələk liflə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir. Bir kasa çiyələk 49 kaloridir.

Ərik – Tərkibində Kalium, A və C vitamini var. Ərik çiyələk kimi lifli meyvədir. Bir ədəd ərik təxminən 15 kaloridir.

Ənginar – Proteinlə zəngin olan lifli tərəvəzdir. Aclıq hissini öldürüb uzun müddət tox saxlayır. Bir porsiyası 60 kaloridir. Üstəlik qaraciyəri qorumağa xidmət edir.

Qulançar (quşqonmaz) – Hər bir budağı 4 kaloridir və tərkibində böyük miqdarda lif var. Uzun müddət toxluq hissi aşılayan bu möcüzəli bitki K, B, C və A vitaminləri ilə zəngindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm