• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ən gözəl ağ şalvar dəbi - FOTOLAR

  • Qadın
  • 21 Aprel 2014 12:33
  • 6 396 Baxış
Ən gözəl ağ şalvar dəbi - FOTOLAR

Modanı təqib edən xanımlar yaxşı bilir ki, yaz və yay aylarında ağ rəngli cinslər dəbə minir. Ağ cinslər yaz qarderobunun əvəzolunmaz geyimidir. Son illərdə isə qış qarderobuna da daxil ola bilib. Publika.Az-ın qadın bölməsi isə bu gün ağ cinsləri düzgün geyinməyin yollarını izah edib.

Nə çox incə, nə çox dar

Hər şeydən əvvəl şalvarın materialına fikir verin. Parçası çox nazik olmamalıdır. Çünki nazik parçadan tikilən ağ şalvar alt paltarın görünməsinə səbəb ola bilər. Qalın parçadan tikilən cinslərə müraciət edin.

Mavi cins köynək

Mavi rəngli cinslə ağ şalvarın uyğunluğuna söz ola bilməz. Zəhmət çəkmədən mükəmməl görünmək istəyənlər, bu sintezə müraciət edə bilər. Ağ şalvarı mavi tonlarda naxışlı, ya da tək rəng oxford köynəkləri ilə geyinə bilərsiniz. Ağ şalvarları cins pencəklə də tamamlaya bilərsiniz.

Uzun və bol kəsimli köynək

Ağ şalvarları uzun və bol kəsimli köynəklə də uyğunlaşdıra bilərsiniz. Köynək bol kəsimli olduğu üçün altına asqılı bluz ya da şərf kimi aksessuarlar geyinə bilərsiniz.

Blyezer (pencek)

Bleyzerlə ağ şalvarın eleqantlığndan danışmağa gərək yoxdur. Mövsümün trend rənglərindən ilham alıb ağ şalvarı incə çəhrayı ilə birləşdirə bilərsiniz. Gözəl yaz günlərində əlvan rəngləri təcrübədən keçirməkdən çəkinməyin.

Rəngli stilettolar

Ağ şalvarla rəngli stiletto üslubunun incələyinə şübhə ola bilməz. Ağ şalvar və rəngli stiletto risk deyil, incə zövqün birləşməsidir. Boyunuzun qısa görünməsindən çəkinirsinizsə, ağ rəng stiletto ilə tamamlaya bilərsiniz.

Breton bluzla (breton -zolaqlı)

Zolaqlı köynək ağ rəngli şalvarla əla qalır. Üst hissədə zolaqların nazik olmasına fikir verin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR