Mişel Obama seriala çəkilir
Bizi izləyin

Qadın

Mişel Obama seriala çəkilir

ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan "Nashville" serialının növbəti bölümündə çəkilib.

Publika.Az "buro247.az" saytına istinadən xəbər verir ki, xanım Obamanın iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq. Birinci xanım serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək. Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olmasıyla əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb.

Bu, Mişel Obamanın ilk serial təcrübəsi deyil. O, aprelin 24-də yayımlanacaq "Parks and Recreation" serialında da epizodik rolda çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm