• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2014-ün saç rəngi trendləri - FOTOLAR

  • Qadın
  • 22 Aprel 2014 14:00
  • 4 641 Baxış
2014-ün saç rəngi trendləri - FOTOLAR

Dəyişkən saç modelləri və kəsimləri kimi saç rəngləri də hər il dəyişiklik göstərir. 2014-cü ildə dəyişən trendlərə saç rənglərə də uyğunluq göstərir. Parlaq və göstərişli tonların önə çıxdığı yeni mövsümdə ombre və balyajla yanaşı, tək rəng saçlar da diqqət çəkir.

Təbii saç rəngləri - Saçın kökündən ucuna qədər eyni rəngə boyandığı romantik rənglərdə, rəng keçidləri yer almır. Əlvan və parlaq rənglərlə yanaşı təbii saç rəngləri bizi gözləyir.

Kül sarısı - Xüsusən də tanınmış model Kara Delevinge ilə ön plana çıxan bu rəng 2014 ilinin ən çox dəbdə olan rənglərindən biri olduğunu söyləyirsiniz. Kül sarısı qadınları zərif göstərən rəngdir. Saçınız sarı, ya da açıq qumral rəngdədirsə, bu rəngə bir şans verə bilərsiniz.

Qızıl sarısı - 2014-ün önəmli saç rəngi trendlərindən biri də qızıl sarısıdır. Karamel, açıq və qum rəngi tonlarının görüldüyü bu saç rəngi solğun dərilərə parlaqlıq bəxş edəcək.

Platin sarısı - Poidumları adətən işğal edən platin sarısı saçlar vamp və çəkici görkəmi ilə 2014-ün favorilərindən biridir. Platin sarısı üz xətlərini ön plana çıxardaraq makiyajın daha çəkici görünməsinə səbəb olur.

Təbii qəhvəyi - Təbii qəhvəyi tonlar və tünd şokolad rəngi mövsümün trendləri arasında yer alıb. Saçınızı təbii qəhvəyi tonlarına boyamaq istəyirsinizsə, Keyt Middletonun qəhvəyi tonlarındakı saçlarından ilham ala bilərsiniz.

Kürən - Kürən saçın hər tonu bu il dəbdədir desəm, yanılmaram. Xanımlar saçlarını təbii kürən rənglərindən zoğalı tonlarına qədər boyaya bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR