Məşhur modelyer üzünü nəcislə gəncləşdirir
Bizi izləyin

Qadın

Məşhur modelyer üzünü nəcislə gəncləşdirir

Devid Beckhamın cazibədar həyat yoldaşı gözəlliyi ilə hər zaman diqqət çəkir. İllər keçsə də 4 uşaq anası olan Viktoriya Bekham qocalmır, hər zaman cavan görünür. Üzünün dərisinə isə hər kəsi şoka salan bir üsulla qulluq edir.

İllərin izlərini üzündən yox etmək üçün dünya ulduzları ağlasığımaz üsullara əl atrılar. Cəzibədar modelyer isə dərinin elastikliyini qorumaq üçün bülbül nəcisindən istifadə edir. Bu üsuldan təkcə qadınlar yox, kişilər də istifadə edir. Yaraşıqlı aktyor Tom Kruz da üz dərisini bülbül nəcisi vasitəsilə gənc saxlayır. "Daily Mail" isə bu xəbəri "ən quşbeyin" müalicə üsulu adlandırıb. Nəcis müalicəsi” adlanan bu üsulun bir seansı 300-500 dollara başa gəlir.

Prosedurda bülbülün nəcisindən istifadə olunur. Bülbül nəcisi isə Yaponiyanın Kyushu adasının bülbüllərindən əldə edilir. Əldə edilən bülbül nəcisi düyü unu və su ilə qarışdırılıb krem halına salınır, üz maskası kimi çəkilir. Qırışların düşməni olan bu müalicəvi üsul 1 saat üzdə saxlanılır. Maska ölü hüceyrələri dəridən təmizləyir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm