Mövsümün ən dəbli stilləri - FOTOLAR
Bizi izləyin

Qadın

Mövsümün ən dəbli stilləri - FOTOLAR

Qısa pencəklər yeni mövsümün önəmli trendlərindən biridir. Bəs mövsümün əsas üst geyimlərini nə ilə sintez etsək, daha dəbli görünərik?

Uzun köynəklər - Qısa pencəyin altından uzun köynək geyinə bilərsiniz. Köynəyi ətəyin, yaxud şalvarın içinə salmayın.

Dar cinslər - Qısa pencəklərin dar qəlibli geyimlərlə əla yaraşdığı danılmaz faktdır.

Yüksək belli geyimlər - Yüksək belli geyimlərin dəbə diktə etdiklərini deməyə gərək yoxdur. Onlar mövsümün bütün üst geyimləri ilə uyğunlaşır. Bu mövsümün də ən dəbli sintezlərindən biri yüksək belli şalvarların qısa pencəklərlə tamamlanmasıdır.

Donlar - Bohem tərzindəki donları qısa pencəklərlə birləşdirin. Qısa pencəklər donları daha eleqant göstərir.

Qısa köynəklər - Qısa pencəkləri qısa köynəklərlə də geyinmək olar. Lakin tarazlığı qorumaq üçün köynəyin pencəkdən daha qısa olması lazımdır.

Qısa cins pencəklər - Mövsümün ən dəbli geyimlərindən biri də cinslərdir. Siz də mövsümün trendlərinə ayaq uydurun və stilinizi qısa cins pencəklə tamamlayın.

Qısa dəri gödəkçə - Dəri geyimləri əvvəlki kimi aktuallığını qoruyub saxlayır. Ətək-karandaşla dəri pencəyi birlikdə geyinə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm