Qüdrətli rus çarının eşq macəraları - FOTOLAR
Bizi izləyin

Qadın

Qüdrətli rus çarının eşq macəraları - FOTOLAR

Qüdrəti rus çarları milyonların həyatlarını və müqəddəratını müəyyən etdiyi halda öz taleyini zamanın ixtiyarına buraxırdı. Belə ki, həyatını özü idarə bilmirdi. Çünki dövlətin maraqları şəxsi həyatdan üstün tutulurdu. Hökmdarlar həyat yoldaşı seçərkən dövlətin maraqları prioritet sayılmalı idi. Halbuki hökmdarda adi insandır və duyğuları əmrə tabe etmək mümkün deyil. 17-ci əsrdə hökmranlıq etmiş Mixail Fodroviç çox çətin seçim qarşısında qalır.

Mixail Romanov xənədanının ilk rus çarı idi. Rusiya taxtına ailəsinin qüdrətini gücləndirmək üçün varis lazım idi. Həyat yoldaşı seçmək məqsədi ilə 1616-cı ildə Moskvada gəlinlik libaslarının nümayişi olunur. Ən soylu ailələrinin onlarla gözəl qızları çar sarayına gəlir.

Anası Mixailin nüfuzlu Saltıkovlar ailəsinin qızı ilə evlənməsini istəyirdi. Ancaq çar gözəl Mariya Hlopova vurulmuşdu. Bir gün sonra Mariya çarın nişanlısı elan edilir. Çarın bu seçimi onlarla qohum olmaq istəyən Saltıkovlar ailəsi üçün ağır zərbə idi. Onlar çarın toyunu pozmağa çalışır. Çarın təbinləri Saltıkov qardaşları tərəfindən pulla aldadılıb Mariyanın ağır xəstə olduğunu söyləyir. Saltıkov qardaşları xənadanın qorunması üçün vəliəhd lazım olduğunu lakin Mariyanın övlad sahibi ola bilməyəcəyini iddia edirdi. Mixail bu yalan iddialara inanır və Mariya Hlopva ilə evlənmək fikrindən daşınır. Mariya isə xəstə olduğunu gizlətdiyinə görə günahlandırılaraq sürgünə göndərilir.

7 il keçsə də, Mixail üçün həyat yoldaşı seçmək səyləri boşa keçir. Çünki Mixail sevdiyi gözəl Mariyanı unuda bilmirdi. Əvvəlki sevgilisini unuda bilmədiyi üçün onun haqqında məlumat toplamağa qərar verir. Mariyanın sap-sağlam olduğunu xəstəliyinə dair Saltıkov qardaşlarının iddialarının yalan olduğunu öyrənir. Mixail qəzəblənir və Saltıkov qardaşlarını sürgünə göndərməyi əmr edir. Mariya bu qəbahəti ancaq onunla evləndiyi halda bağışlaya biləcəyini söyləyir. Lakin anası yenə məsələyə qarışır, oğlu isə yenə buna boyun əyir.

Mixail 1624-cü ildə nəcabətli bir ailənin qızı ilə evlənir. Lakin həyat yoldaşı ancaq 3 ay sonra ağır xəstəlikdən ölür. Xalq arasında belə bir məsəl dolaşır ki, çar Mariyanın qəlbini nahaq yerə qırdığı üçün Allah onu cəzalandırır. Mixail cavan arvadının vəfatından 2 il keçəndən sonra yenidən ailə qurmağa razı olur. Rusiyanın ən nəcabətli ailərinin qızları yenə çar sarayına təşrif buyurur. Mixal və anası gecə saatlarında gözəllərin yatdığı otaqları gəzir. Səhər isə çarın seçimi haqqında məlumat verilir. Mixail nəcabətli ailənin qızı ilə deyil, orta təbəqənin qızı Yevdokiya Streşneva ilə evlənməyə qərar verir. Bu hadisə qalmaqala səbəb olur. Anası oğlunun orta təbəqənin qızı ilə evlənməsini istəmirdi. Bunun hakimiyyətə zərbə vuracağını və nəcabətli ailələrinin qəzəbinə səbəb olacağını iddia edir. Mixail isə bu dəfə də öz duyğularından dövlətin maraqları uğrunda fəda etmək niyyətində olmadığını söyləyir.

Mixail istədiyini əldə edir. Ümidsizlik içində keçən illərdən sonra Rusiya çarına ailə xoşbəxtliyi nəsib olur. Bir müddət sonra oğlu dünyaya gəlir. O, gələcək Rusiya çarı Aleksey Mixailoviç idi. Mixail ilə Yevdokiya 10 övlad: 3 oğul, 7 qız sahibi olur. Romanov xanədanının qurucusu 1645-ci ildə 49 yaşında həyata gözlərini yumur. Həyat yoldaşı bu itkiyə dözə bilməyir, 1 ay sonra vəfat edir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm